Prezident Enerji Agentliyinin “kitabını bağladı”: Bədəlov milyonların bədəlini ödəyir...

Prezident Enerji Agentliyinin “kitabını bağladı”: Bədəlov milyonların bədəlini ödəyir...














Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin bu isti günlərdə alternativ enerjisinə xüsusi zərurət varıydı.

Agentlik sədri Akim Bədəlov isə buna lüzum görmür. Ona görə ki, bu agentliyin yaradılması məqsədi alternativ enerji mənbələrinin tapılıb inkişaf etdirilməsi deyil, Bədəlovun varlanmasıdır.

Amma bir yerə qədər...son iki gün ərzində Mingəçevir İES-dəki qəzaya görə respublikanın zülmətə qərq olması A.Bədəlovun fəaliyyətini aktuallaşdırıb.

Prezidentə agentlik sədrinin fəaliyyəti məruzə olunub. A.Bədəlovun bu sahədə görmədiyi işlərə görə mənimsədiyi maliyyədən bəhs edilib.

Dövlət başçısının nəzərinə çatdırılıb ki, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi son hadisələrdən qaynaqlanaraq cəzalanmalıdır.

Akim Bədəlov özü, həm də Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin bütün kollektivi işıqsız qalıb.
Görəsən qaranlıqda, bu qaynar istidə kondisionersiz gecə keçirmiş Akim müəllimin ürəyindən istehsal etmək istəmədiyi həmin o alternativ enerji keçməyib? Heç narahat yuxusuna da girməyib?

Energetika Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi publik hüquqi şəxs olaraq 1 milyon 741 min 917,0 maknat, yanacaq və enerji məsrəfləri üçün isə yenə də Büdcədən əlavə 2 milyon 500 min manat vəsait alıb. Cəmi-4 milyon 242 min 917 manat!

Bəs təkcə büdcədən bu qədər vəsait alan agentlik il ərzində heç olmasa bu vəsaitin yarısı qədər büdcəyə xeyir verirmi, alternativ enerji istehsal edə bilirmi?

Bu haqda tezadlar.az yazıb ki, agentliyin layihələr çərçivəsində quraşdırdığı külək və günəş batareya qurğularının demək olar əksəriyyəti illərdən bəridir dayanaqlı, yəni işlək olmayan vəziyyətdədir.

Bunu Bakı-Yevlax magistral yolunun «Semzavod» adlanan ərazidəki günəş batareyalarının mühafizəçisinin sözlərinə, Mərəzədə dağların üstündə quraşdırılmış bir neçə külək gereratorlarının işləməyən pərləri, elə həmin dağların döşündəki günəş batareyalarına xidmət edən işçilərin və s. söylədikləri təsdiq edir…

Bir də ağentliyin rəsmi saytında həyata keçirilən layihələr və texniki tədbirlər bölümündəki rəsmi məlumatlar. Həmin məlumatları oxuyanda isə gülməyimiz tutdu.

Məlum olur ki, elmlər doktoru olan, gerçəkdən böyük elmi təcrübəyə malik olan Akim bədəlovun sədri olduğu Agentliyin ötən il və bu ilin əvvəlindən həyata keçirdiyi uğurlu layihələr orta məktəb şagirdləri ilə olan görüşlər, uşaqlara alternativ enerjinin nə olduğunu başa salmaq, Bakının hansısa orta məktəbində konfranslar keçirməkdən və s. ibarət olub.

Ona görə də Bədəlovun baş verənlərin qarşılığında bədəlini ödəyəcəyi bildirilir. Onun biznes əlaqələri, MTN-dəki qohumunun hesabına hansı işlər həyata keçirdiyi haqda yuxarılarda məlumatlar var. Enerji fəlakətinin olması isə onun işini çətinə salıb.

FİA.Az yazır ki, A.Bədəlovun bir işi də mərhum dövlət katibi Tofiq İsmayılovun qızı Səbinə İsmayılovanın başına gətirdiyi müsibətlər olub.

Saxta sənədlərə əsasən “Xəzər”də 50% pay Akim Bədəlovun həyat yoldaşı Mövsümova Akifə Şərif qızına, 25% pay oğlu Bədəlov Aqşın Akim oğluna və 25% pay bacısı oğlu Vəliyev Rizvan Şami oğluna məxsus edilib.

Sabiq Dövlət katibinin ailəsinə məxsus əmlaklar Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun ailəsinin əlinə keçib.

Akim Bədəlovun ailə podratı yaratması, mərhum akademikin elm mərkəzini əlindən alması barədə xəbərlər və ləğv olunmuş MTN-lə əlaqələrinin ifşa edilməsi onun mövqelərini sarsıdıb.

Prezident İlham Əliyevin gözündən düşdüyü iddia edilən Akim Bədəlovun Əli Abbasovun taleyini yaşayacağı gözlənilir.

Agentliyin həyata keçirdiyi Alternativ enerji mənbəsi alınması üçün tikilən obyektlərin işlərini ailəsinin adına keçirtdiyi «Xəzər» Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinə verdiyinin və akademik Tofiq İsmayılovun ailəsinə qarşı etdiklərinin ictimailəşməsinin Birinciyə məruzə olunduğu bildirilir.

Təkcə 2014-cü ildə Layihə-smeta sənədlərinin hazırlanması üçün məsləhətçi xidmətlərin alınmasına görə "Xəzər Konsaltinq Agentliyinə” QSC-yə 1250000 (bir milyon iki yüz əlli min manat) vəsait ayrılıb.

Adı çəkilən QSC-nin Akim Bədəlova məxsus olduğu deyilir. Xatırladaq ki, MTN-in hava limanı şöbəsinin sabiq rəisi Pərviz Vəliyev onun qohumudur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər