İnam Kərimovun zəhərli sınağı: ölkə boyu pambıq həbsləri gedir - Təfsilat

İnam Kərimovun zəhərli sınağı: ölkə boyu pambıq həbsləri gedir - Təfsilat















Ölkə boyu pambıq həbsləri gedir

Ötən həftə pambıq tarlalarında kütləvi zəhərlənmələr hakimiyyəti tərpətdi.

İmişli, Bərdə, Yevlax, Saatlıda zəhərlənmələr hökuməti qəzəbləndirib. Bu məsələdə günahı olan şirkət rəhbərləri tək-tək istintaqa cəlb olunurlar.

Məlum olduğu kimi, artıq Baş Prokurorluq, Kənd Təsərrüfatı və Səhiyyə nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi bir neçə rayonda pambıq tarlalarındakı zəhərlənmə faktı ilə bağlı birgə məlumat yayıb.

Saatlının Simada kəndi ərazisində fermer Lətif Xəlidova məxsus olan pambıq tarlasından, iyunun 16-da Tərtər rayonunun Seydimli kəndi ərazisində fermer Rasim Həsənovun istifadəsində olan torpaq sahəsindən, iyunun 19-da İmişli rayonu ərazisində «MKT İK» Məhdud Məsuliyyətli Cəmiyyətinin İmişli filialına məxsus əkin sahələrindən, iyunun 20-də Tərtər rayonunun Xoruzlu kəndi ərazisində fermer Tural Nəbiyevə məxsus torpaq sahəsindən bir qrup şəxs zəhərlənmə diaqnozu ilə müalicə müəssisələrinə daxil olub.

Bu hadisələrlə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Quliyev Camal Alqulu oğlu vəzifədən azad olunub.

Həmçinin, “MKT İK” MMC-nin Saatlı filialının icraçı direktoru Çingiz Gözəlov və baş aqronomu Gülməmməd Küçiyev, həmin Cəmiyyətin İmişli rayon filialının direktoru Maarif Quliyev və baş aqronomu Surxay Məmmədov, nazirliyin İmişli rayon Bitki Mühafizəsi Mərkəzinin rəisi Qəhrəman Qəhrəmanov barələrində həbs qətimkan tədbiri seçilib.

FİA.Az xəbər verir ki, yeni KTN şefi İnam Kərimov üçün bu hadisələr bir sınaqdır. O yeni həmkarlarından fərqli olaraq, vəzifəsinə gələr-gəlməz fors-major vəziyyətlə qarşılaşdı.

Onun üçün bir imtahan olan pambıq zəhərləmələri bu sahədə nazirin hansı tədbirlər görüb-görməyəcəyi sualı qoyur. Son 8 ay ərzində pambıqçılıqda baş verən hadisələrin xronologiyasını təqdim edirik:

• 19.09.2017. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının işçiləri pambıq yığımından qayıdarkən təcili yardım maşınında qəzaya uğrayıblar.

Maşında olan 20 nəfərin hamısı müxtəlif tipli bədən xəsarətləri alıb. Onlardan 4 -ünün yügül xəsərat aldığı, 16 nəfərin vəziyyətinın isə ağır olduğu bildirilib.

• 27.10.2017. Goranboyda pambıq sahəsindən pambıqçıları daşıyan avtobus qəzaya düşüb və nəticədə 20-dən artıq insan müxtəlif dərəcəli xəsarət alıb.

• 21.12.2017 Kürdəmir rayonunda məcburi şəkildə pambıq yığımına göndərilmiş 10 nəfər tibb işçiləri Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına məxsus təcili yardım avtomaşınında qəzaya uğrayıblar. Qəza nəticəsində tibb işçiləri müxtəlif dərəcədə bədən xəsarəti alıblar.

• 07.05.2018. Sabirabadda pambıqçıları daşıyan lafetin aşması nəticəsində 6 qadın ölüb, 2 nəfər yaralanıb.

• 22.05.2018. Samuxda pambıq sahəsinə lafetdə gedən 3 nəfər traktorun aşması nəticəsində xəsarət alıb.

• 10.06.2018. Saatlıda pambıq tarlasında kütləvi zəhərlənmə diaqnozu ilə 23 nəfər Saatlı rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

• 17.06.2018. Tərtər rayonunda pambıq sahəsində kütləvi zəhərlənmə hadisəsi baş verib. Zəhərlənmə diaqnozu ilə 14 fəhlə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

• 19.06.2018. İmişli rayonunda pambıq tarlasında kütləvi zəhərlənmə nəticəsində 400-ə yaxın fəhlə rayonun mərkəzi xəstəxanasına aparılıb.

• 21.06.2018. Yevlaxda pambıq sahəsində kütləvi zəhərlənmə hadisəsi baş verib, 8 nəfər uşaq olmaqla 24 fəhlə zəhərlənmə diaqnozu ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

• 22.06.2018. İmişli rayonunda pambıq tarlasında növbəti kütləvi zəhərlənmə hadisəsi baş verdiyi haqda məlumat yayılıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər