Nemət Rəsulov: Ekoloji tədbirlərə diqqətin artırıldığı rayonlardan biri də Şəkidir

Nemət Rəsulov: Ekoloji tədbirlərə diqqətin artırıldığı rayonlardan biri də Şəkidir












Respublikamızda ekoloji problemlərin həll edilməsi dövlətin daim diqqət mərkəzində olmuş, ətraf mühitin mühafizəsi üzrə milli fəaliyyət proqramı qəbul edilmiş, beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində bir sıra mühüm işlər görülmüşdür.

Heydər Əliyev


Şəkidə ekoloji tədbirlərə diqqət artırılıb

Azərbaycanın ümumi inkişaf konsepsiyasında ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən düzgün istifadəsi mühüm yer tutur. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə “Ekologiya ili” elan edilməsindən bəri məqsəd məhz bu məsələlərin uğurlu həllini təmin etməkdir. Dövlətimizin başçısının yanında ekoloji problemlərə həsr olunmuş müşavirənin keçirilməsi ən yüksək səviyyədə bu sahəyə qayğının təzahürüdür.

Ekoloji tədbirlərə diqqətin artırıldığı rayonlardan biri də Şəkidir. Artıq bir neçə ildir ki, Şəkidə keçirilən tədbirlərdə ətraf mühitin mühafizəsinə də toxunulur və bu sahəyə cavabdehlik daşıyan təşkilatların vəzifə məsuliyyətinin artırılması istiqamətində addımlar atılır.


Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şəki Meşə Mühafizəsi və Bərpa Müəssisəsinin direktoru Nemət Rəsulovdur.

Şəki Meşə Mühafizəsi və Bərpa Müəssisəsinin direktoru Nemət Rəsulov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Şəki Meşə Mühafizəsi və Bərpa Müəssisəsinin direktoru Nemət Rəsulovun adı, Şəki ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Şəki Meşə Mühafizəsi və Bərpa Müəssisəsinin direktoru Nemət Rəsulov - Meşələrin təbii iqlimin qorunmasında oynadığı rol çox böyükdür. Meşələr təbiətin ayrılmaz hissəsi olub, təbii tarazlığın qorunmasında bir çox funksiyaları yerinə yetirir. Meşələr, bir növ, təbiətin tənzimləyicisidir və başqa heç bir nəsnə onu bu rolda əvəz edə bilməz.

Bu gün nazirlik tərəfindən ölkə boyu aparılan yaşıllaşdırma siyasəti uğurla davam etdirilir. Son illər bir sıra bölgələrdə yanacağın olmaması səbəbindən baş verən qanunsuz meşə qırıntıları ilə mübarizədə ciddi uğurlara imza atmış nazirlik yaşıllıqlar diyarı Azərbaycanı cənnətməkana çevirmək məqsədindən bir an da geri çəkilməyərək bu yolda böyük çaba sərf edir.

************

Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Şəki Meşə Mühafizəsi və Bərpa Müəssisəsinin direktoru Nemət Rəsulovun uğurunu görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün "Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsi talan olunur" başlıqlı məqalələr yazırlar və ya məqsədə uyğun olmayan xəbərləri ictimailəşdirərək guya Nemət Rəsulovu gözdən salmaq istəyirlər .. Amma bunlar əsassız məlumatlardır. Əslində Şəki Meşə Mühafizəsi və Bərpa Müəssisəsinin direktoru Nemət Rəsulov haqqında yazılanlara təəccüblənmirik. Çünki Nemət Rəsulov gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.
Görməyə göz hamıda var. Yetər ki, yaxşını yaxşı görməyə istək olsun. Əyri prizmadan məqsədli fikirlər yazana da, yazdırana da, barəsində yazılana da ziyan gətirir.

P.S. Bakuxeber.info olaraq bəzilərinin diqqətinə çatdırır ki, Şəki Meşə Mühafizəsi və Bərpa Müəssisəsinin direktoru Nemət Rəsulovun bizim müdafiəmizə ehtiyacı yoxdur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər