"Camaatın anası-bacısı var" — CAVANŞİR MƏMMƏDOVDAN "ŞORTİK QALMAQALI"NA SƏRT MÜNASİBƏT

"Camaatın anası-bacısı var" — CAVANŞİR MƏMMƏDOVDAN "ŞORTİK QALMAQALI"NA SƏRT MÜNASİBƏT















Tanınmış müğənni, əməkdar artist Cavanşir Məmmədov metrodakı "şortik qalmaqalı"na münasibət bildirib.
Əməkdar artist "Ölkə.Az"ın əməkdaşıyla söhbətində deyib ki, açıq-saçıq geyimdə nəinki metroya minmək, ictimai yerlərə də getmək olmaz:

"O geyimdə metroya minmək olmaz. Biz Avropaya inteqrasiya etsək də, bunu müsəlman ölkəsi kimi edirik. Məsələn, İran İslam Respublikasıdır. Fikir verirsən ki, həddini aşdıqca məsələ dərinləşir. Fikir verin, əvvəllər qadınlar saçı bir rəngdə boyayırdılar. İndi bir saçı iki-üç rəngə boyayırlar. Alt tərəf qara, uc tərəflər sarı olur. Ya da saçlarını sapsarı boyayıb, olurlar rus Nataşası. Toylarda görürəm ki, saçı qırmızı, sarı və kül rənginə boyayırlar. Bizə gələcəkdə nə ad qoyacaqlar, bilmirəm. Yəqin ki, müsəlman qoymayacaqlar".

C.Məmmədovun sözlərinə görə, məlum qalmaqalda qısa şort geyinən qıza irad tutan vətəndaşlar haqlıdır:

"Metrodakı qadın və oğlan haqlıydı. Camaatın anası, bacısı var, uşaq böyüdürük. Gələcəkdə uşaqlara irad bildirəndə deyəcəklər ki, o da elədi, heç kim heç nə demədi. O gün "Memar Əcəmi" metrosunun yanında gördüm, qız alt paltarında gəzirdi. Bunun qarşısı alınmalıdır, qanunvericiliyə salınmalıdır, əxlaq normaları gözlənilməlidir. Əgər qadın müğənni oxuyanda ekranın aşağısında "Spermagen" tabletkasının, yaxud menustrasiyayla bağlı şeylərin reklamı gedirsə, nəticə belə olacaq da. Bəlkə səhv deyirəm? Bu məsələyə o adamların mövqeyi pis olmaz ki, həmin şəxslərin həyat yoldaşı, anası, bacısı, bacısı qızı, qardaşı qızı olmasın. Bizim çimərliyimiz də var, baldır da görürük, hər şey görürük də. Deməli, təqsir həm də bizim kişilərimizdədir. Belə insanlar cərimə olunmalıdırlar. Çünki insanların əxlaqını zəhərləyirlər, Azərbaycan xalqını başqa millətlərin arasında xar edirlər. Rus, ingilis, yapon nə edər, özü bilər. Baxırsan ki, başını bağlayıb, yanını, baldırını açıb, paltarın yarığı gəlib çıxıb alt paltarının üstünə. Paltarın uzunluğu ayağın üstündə, yarığı alt paltarındadır. Bunun adını dəb qoymaq olmaz. Bu, moda yox, seksual geyimdir. İnsanın ən böyük gözəlliyi onun tərbiyəsidir. İnsan danışmırsa, tərbiyəsi ilk növbədə onun geyimindən, saç düzümündən görünür".
Əməkdar artist hesab edir ki, mövcud durumla bağlı qanunun qəbul edilməsinə ehtiyac var:

"Açıq geyinən adam çalışır ki, çox danışmasın, insanlara qarşı mülayim olsun. Çünki xarici tərbiyəsizliklə xarici tərbiyəsizlik birləşəndə, həmin adam olur fahişə. Elə bu cür də yaz. Metrodakı qız kimi insanlar çalışırlar ki, sakit davransınlar. Guya bunlar intellektualdırlar, Avropa tərbiyəsi görüblər. Fikir verin, onu azacıq sancıblar, başlayıb insanları təhqir etməyə. Deməkdən ki səhv etmişəm, qınağa rəst gələcəyimi bilsəydim, bir də belə geyinməzdim, söz verirəm bir daha məni belə görməyəcəksiniz, əvəzində insanları təhqir edir. Ona görə də dövlətimiz bu işlə özü məşğul olmalıdır, Milli Məclisdə qanun qəbul edilməlidir. Bəli, parlamentdə gündə bir qanun qəbul edilir. Bununla bağlı da qanunun qəbuluna ehtiyac var. Təhlükəsizlik kəmərini taxmayanda, sükan arxasında telefonla danışanda, piyada keçidindən keçməyəndə cərimə edirlər. Bəs bu lüt gəzir, çimərlikdə deyil, ictimai yerdədir axı. Niyə heç kim heç nə demir, yaxud deyə bilmir? Niyə? Səbəb nədir? Desinlər, səbəbini bilək də. Buna kim cavab verməlidir, kim başa salmalıdır? Əxlaqsızlıq edən qadını tuturlar. Bu da təxminən əxlaqsızlığın ilkin mərhələsi kimi bir şeydir. Əgər buna bir söz deyilməsə, ardınca digər ağır mərhələlər gəlir".

Qeyd edək ki, üç gün öncə Bakı metrosunda qısa şort geyinən qızın oturuşu digər sərnişinlərin narazılığına səbəb olub.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər