Taksi sürücüsü maşına ilişən kişini arxasınca sürüdü — Mingəçevirdə dəhşət

Taksi sürücüsü maşına ilişən kişini arxasınca sürüdü — Mingəçevirdə dəhşət















Mingəçevir şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi, 12 ünvanında qeydə alınıb.

Üç uşaq atası olan 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Abbasov Məhərrəm Nazim oğlu “VAZ-2106" markalı avtomobildə əyləşən keçmiş həyat yoldaşı və azyaşlı qızı ilə danışmaq üçün nəqliyyat vasitəsinə yaxınlaşıb. Lakin sürücü buna imkan verməyib və avtomobili işə salaraq sürüb. Maşın hərəkət edən zaman M.Abbasovun əli naməlum şəraitdə avtomobilə ilişib. Buna baxmayaraq sürücü maşını saxlamayıb və onu müəyyən məsafəyədək sürüyərək hadisə yerindən qaçıb. Nəticədə əl, diz, kürək və qarın nahiyələrindən ciddi xəsarət alan 36 yaşlı kişi xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən sürücü isə sonradan polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər