Ağakişi Alıyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!

Ağakişi Alıyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!









«Torpaqlarımız, hava, su ərazimiz Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artırılmasına yönəldilməli, istifadə edilməlidir.»
Heydər Əliyev


«Qeyri-neft sektoru Azərbaycanın gələcəyidir, Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafı üçün başlıca şərtdir.»
İlham Əliyev


Ağakişi Alıyev dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Ağakişi Alıyevdir.

30 noyabr 1960-cı ildə Ağsu rayonunda anadan olub.

1986-cı ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib.

1992-ci ildə Elmi-tədqiqat üzümçülük və şərabçılıq institutunun aspiranturasına daxil olub.

1996-cı ildə Kənd təsərrüfatı elmlər namizədi alimlik dərəcəsi alıb.

1997-ci ildə Biznes və Hüquq İdarəçilik İnstitutunun hüquqşünaslıq fakültəsini bitirib.

1995-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Xalq iclasçısı.

1995-ci ildən Azərbaycan Torpaqşünaslıq Cəmiyyətinin üzvü.

1983-1995-ci illərdə Ağsu rayonu “Pravda” sovxozunun emal müəssisəsində laboratoriya müdiri.

1986-1995-ci illərdə Ağsu Üzüm Emalı Zavodunda laboratoriya müdiri, qəbul şöbəsinin rəisi.

1995-1996-cı illərdə Ağsu rayonu “Yenilik” UİEM-də direktor müavini.

1996-1997-ci illərdə Ağsu rayonu Sabir UİEM-də direktor.

1997-2001-ci illərdə Dövlət Torpaq Komitəsində idarə rəisi.

2001-2009-cu illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində şöbə müdiri.

2009-2015-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Aparat Rəhbərinin müavini vəzifəsində işləmişdir.

2015-ci ilin aprel ayından etibarən Kənd Təsərrüfatı Nazirliyi Yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.


Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi Ağakişi Alıyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Ağakişi Alıyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Ağakişi Alıyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Ağakişi Alıyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Ağakişi Alıyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Ağakişi Alıyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və rəhbərliyin inamını artırır!

Ağakişi Alıyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər