Əlixan Zeynalov: “Yüksək mənəvi dəyərləri öz şəxsiyyətində cəmləyən, xeyirxah təbiətli Ramiz Zeynalov əsl vəzifə adamıdır”

Əlixan Zeynalov: “Yüksək mənəvi dəyərləri öz şəxsiyyətində cəmləyən, xeyirxah təbiətli Ramiz Zeynalov əsl vəzifə adamıdır”















P.S. Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Əlixan Zeynalov: “Yüksək mənəvi dəyərləri öz şəxsiyyətində cəmləyən, xeyirxah təbiətli Ramiz Zeynalov əsl vəzifə adamıdır”






Son günlər ölkə KIV-lərində Ramazan Zeynalov haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər.

Bir sıra arqument çatışmamazlığından əziyyət çəkən sayt və portallar, yenidən “Ramazan Zeynalov üzərinə hücuma keçmək niyyətlərini açıqca biruzə verməkdədirlər. Bütün bu hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Bakuxeber.info olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Ramazan Zeynalov haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

P.S. Bakuxeber.info olaraq bəzilərinin diqqətinə çatdırır ki, Ramazan Zeynalovun bizim müdafiəmizə ehtiyacı yoxdur.

BDYPİ-nin Şirvan Regional İmtahan Qeydiyyat Şöbəsinin rəisi Əlixan Zeynalov - Yollar öz ömrünü, həyatını insanların yol getməsindən, yola çıxmasından, yolda olmasından alırlar... Köhnə bir yolun ayda-ildə bir dəfə tapdalanmasından, ya da bir yol üstündən keçilmiş çəmənlikdən necə yol ola bilər?!

Yol sözünün də təbiətlə qoşa yarandığı heç bir ucbat, sübut istəmir. Yol sözü, yol özü təbiətin bir parçasının ömrü deyilmi?!
Haqq yolu -Tanrı yolu, ömür yolu-həyat yolu bizi yollara çıxmağa, yaşamağa, yaratmağa səsləyən bir həyati məfhumdur.Yollar ömürdür, yollar taledir, yollar varlığın yaşayışını təmin edən ilkin amil olub, torpağın belinə dolanan, təbiəti “bağrına” basan min-min qollar deyilmi?!..

İyirmi dörd ildir ki, BDYPİ-nun rəisi general-mayor Ramiz Zeynalovun gözləri yollarımızın üstündədir. İyirmi dörd ildir ki, yollarımızın “ürəyi”nin rahatlıqla, normal ahənglə vurması Ramiz müəllimin gözlərini güldürüb, qəlbinə bir könül xoşluğu gətirib. Yollarımızın “ömür yolu” gözəlləşdikcə, Ramiz müəllimin də yolu yaşıl işıqlı olub.
Xalqımızın çox dəyərli övladı, ağsaqqallıq missiyasını hələ cavankən qazanmış Ramiz müəllimə eli-obası həmişə öz xeyir- duasını ürəklə, səmimiyyətlə verib, yolunuz uğurlu olsun deyiblər. El duasını qazanmaqdan gözəl nə ola bilər ki?!

Hər hansı bir məmurun, bir geniş səlahiyyətli vəzifədə uzun illər çalışması bəzən qısqanclıq yaradır, bəziləri buna mənfi don geyindirib yerində saymaq kimi yanaşırlar və guya belə hallar inkişafa mane olur, ətalət yaradır.
Fikir müxtəlifliyinə təbii baxanlardanam. Ancaq, amma və lakin bu belədirmi, belə deyilmi sualına-yanaşmanı cavabsız qoyuram... Həyatını-ömrünü yollara səxavətlə pay verən, sadə, səmimi bir insanın, çiyninin üstündəki vəzifə paqonu vətəndaş sevgili ürəyinə ağırlıq salmayan bir generaldan ürəklə söhbət açmağımız həmin düşüncə sahiblərinə ən demokratik və ədalətli cavab deyilmi?!


Xalqın həyat səviyyəsinin, yaşayışının ən real görüntüsü yoldur. Hər hansı bir ölkənin iqtisadiyyatının nə vəziyyətdə olmasının ilkin göstəricisi yollarıdır. Bu yollarda olan hər cür texnikanın idarə edilməsi, sazlığı və təhlükəsizliyin təminatçısı, yola xidmət edən, fəaliyyətini yolların üstündə quran və üzərinə çox böyük məsuliyyət düşən BDYPİ-nin işini günün tələbləri səviyyəsində qurmağından birbaşa asılıdır.
Hər hansı bir nazirliyin işinin əksəriyyəti kabinetdə həll olunur. Haqqında söhbət açdığımız yolla bağlı olan işlərin sənədlərlə bağlı məsələləri BDVPİ-nin idarə otaqlarında həll olunsa da, yerdə qalan ağır olduğu qədər də məsuliyyətli bu işin taleyi “təkərlərin üstündədir”, yollardadır.
Yol haqqında ulu öndərimiz H. Əliyev cənabları çox lakonik və tutumlu bir kəlam işlədib: “ Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə həyatdır”. Yolun həyat vasitəsi olduğu və həm də iqtisadiyyatı, mədəniyyəti yaşatdığını bu deyilən cümlədən daha tutarlı demək mümkün deyil.

R. Zeynalovun bu ağır zəhmət tələb edən, operativlik üzərində qurulmuş idarədə uzun illik zəhməti artıq öz bəhrəsini verib. Ölkə iqtisadiyyatının son onillikdə sürətlə güclənməsi nəticəsində yolların dünya standartları səviyyəsində çəkilişi yola məsul idarənin işinin qismən yüngülləşməsinə səbəb olub. İkitərəfli yol sisteminin qurulması yol polisinin işini ən yüksək səvyyədə qurmasına və operativliyin təminatına böyük önəm verib.
Yüksək mənəvi dəyərləri öz şəxsiyyətində cəmləyən, xeyirxah təbiətli Ramiz Zeynalov əsl vəzifə adamıdır. Bəzən elə olur ki, anlaşılmazlıq üzündən idarəyə müraciət edən bir vətəndaşın işi ləngiyir. Həmin vətəndaş işinin həlli üçün Ramiz müəllimə üz tutmalı olur. Belə hallarda işin müsbət həlli xoş ovqat yaradır. Ötüşən illər ərzində Ramiz müəllimin xarakterini, vətəndaşa yanaşma metodunu mənimsəyən idarə işçilərinin bir devizi budur ki, bu idarəyə müraciət edən heç bir vətəndaş narazı qalmasın.


İdarəetmənin, təşkilatçılığın öz qanunauyğunluğunun olduğu məlum məsələdir. Ramiz müəllimin rəhbərliyi və nəzarəti altında bu idarənin tabeliyində olduğu DİN-nazirliyinə narazılıq yüklü şikayət məktubu az hallarda daxil ola bilər. Belə halların olması da təbiidir. Heç şübhəsiz ki, iş olan yerdə hər hansı bir noqsanın da olması qaçılmazdır. Ancaq belə halların qarşısını almağın yeganə yolu, idarəyə müraciət edən vətəndaşlara diqqətlə, həssaslıqla və qayğıkeşliklə yanaşmaqdan başlayır. Odur ki, BDYPİ-nin əməkdaşlarının ən ümdə vəzifələrindən biri də insan amilidir.
Rəhbərlik etdiyi idarənin spesifik quruluşunu dərindən bilən, bu təşkilata üz tutanların psixoloji durumundan xəbərdar olan, yaşantılarını keçirən, böyük ürəkli insan olan Ramiz Zeynalov hüquq, polis qayda-qanunlarından kənada bir yazılmamış dədə-baba qanunlarına da yeri düşəndə əməl edir. İnsanın işi düzələndə bir könül rahatlığı qazanır. Ramiz müəllim insan sevindirməkdən zövq alan, etdiyi xeyirxahlıqdan mənən zənginləşən, özünə-vicdanına hesabat verən, qədirbilən bir “insanşunas” olmağıyla tanınan, öz intellekti ilə fərqlənən ziyalılarımızdandır desək, bu ifadəmiz daha çox yerinə düşər...

İnsan xarakterində yer tutan mənəvi dəyərlərin ən önəmlisi səmimiyyətdir. Səmimiyyət olan yerdə sədaqət, cəsarət və səxavət də olur. Bu vaxta kimi haqqında yazılanlardan, deyilənlərdən və öz şəxsi müşahidələrimdən hiss etmişəm ki, Ramiz müəllim bir səmimiyyət simvoludur. Belə mənəvi dəyərləri hər məmur qazana bilmir. Belə insan - generalların varlıqları cəmiyyətin mənəvi cəhətdən saflaşmasına, zənginləşməsinə və nikbin ruhda inkişafına öz tövhəsini verir. R.Zeynalovun insanlığının-şəxsiyyətinin bir örnək misalı olması, yetişən gənc nəslin əxlaqı, pedaqoji cəhətdən kamilləşməsində bir təkan rolunu oynayır. Gələcəkdə hər hansı bir mövqeyi olacaq gənc övladlarımız bu gün haqqında oxuduğu, eşitdiyi, yerində olan rəhbər bir insanı özü üçün ideallaşdırır.
Yazımızın qəhramanı Ramiz Zeynalovun diqqət, həssaslıq tələb edən, ağır zəhmətli bir idarədə üzün illər çalışması, idarəetmənin mənəvi tərəfinin bütün incəliyinə qədər bilməsi, könül verdiyi, saç ağartdığı bir sahənin əsl mütəxəssisi və ustad bir hüquq-sistem işçisi, istedadlı bir rəhbər olduğu günümüzün faktı olub, göz qabağındakı bir həqiqətin görüntüsüdür.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər