Ərinin gec gələcəyini öyrənəndə sevgilisini çağırdı - Həmişə onun evində görüşürdük

Ərinin gec gələcəyini öyrənəndə sevgilisini çağırdı - Həmişə onun evində görüşürdük















Antalyada saç ustası Ramazan Acarın münasibətdə olduğu qadının əri tərəfindən öldürülməsi il bağlı istintaq yekunlaşıb.

Milli.az xəbər verir ki, arvadı ilə evdə yaxaladığı kişini qətlə yetirən Y.B. haqqında "Qəsdən adam öldürmək" əməlinə görə cinayət işi açılıb.

Sənəddə ərini saç ustası ilə aldadan Rukiye B.-nin ifadələri də yer alıb. Rukiye B. ərinin evdə onu saç ustası ilə yaxaladıqdan sonra baş verənləri danışıb:

"Ərim ilə 14 ildir evliyik. Saç ustam olduğu üçün 5-6 ildir tanıyıram. Münasibətimiz 2 ay öncə başladı. Ərimin xəbəri yox idi. Yalnız onun evində görüşürdük. Heç vaxt bizim evə gəlməmişdi. Ərim hərdən iş yerində qalırdı. Mənə o gün evə gəlməyəcəyini söyləmişdi. "Gəlsəm də gec gələcəm" demişdi. Mən də hər zamankı kimi gec gələcəyini düşünərək Ramazanı evə çağırdım. 1 saata qədər bir yerdə olarıq deyə düşünürdüm. Gələndə spirtli içki də almışdı. Birlikdə içdik, söhbət etdik.

Ramazan ilə söhbət edərkən maşının səsini eşitdim. Mətbəxin pəncərəsindən baxanda ərimin gəldiyini gördüm. Ramazana "qaç" dedim. İçəri siqaret dumanı ilə dolu olduğu üçün pəncərələri açdım. Ramazanı göndərincə özümü mətbəxə atdım. Qapının önündə olmaq istəmədim. Məqsədim, əgər qarşılaşmayıblarsa, bir şey yoxmuş kimi davranmaq idi. Ərim içəri girən kimi "Onun evdə nə işi var!" deyə qışqıraraq üzərimə gəldi. Bəzən məni gözəllik salonuna yola saldığı üçün Ramazanın saç ustam olduğunu bilirdi. Ramazanın facebook və instagram səhifələrimdə dostum olduğundan da xəbəri var idi. Sonra mətbəxdən bıçağı götürüb, çölə çıxdı. Məni vurmasın deyə qapını kilidlədim. Ərimi izləməyə başladım. Pəncərədən baxdıqda ərimin binadan çıxdığını gördüm. Qapını açdığımda Ramazan qan içində yerdə uzanmışdı".Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər