Bunları etsəz, orucunuz batil olacaq - XƏBƏRDARLIQ

Bunları etsəz, orucunuz batil olacaq - XƏBƏRDARLIQ















Ramazan ayının gəlməsiylə bir çox müzakirələrə də geniş müzakirə olunur.

Oruc tutan izləyiciləri üçün "orucu nə batil edər?” sualının cavabını təqdim edirik

1. Oruc tutan şəxs dodaq boyası çəkərsə oruc pozularmı? Ağız xaricində digər bölgələrə çəkilən makiyaj orucu pozmur. Ancaq dodaqda olan boya yeyilərsə və dadı mədəyə çatarsa o oruc batil sayılır.

2. Oruc tutan şəxs epilyasiya edə bilərmi? Bədəndəki tüklərin götürülməsi orucu batil etmir

3. Oruc tutan şəxs saçını boyaya bilərmi? Saç boyası orucu batil etməz

4. Oruc tutan şəxs çimə, hovuza, dənizə girə bilərmi? Ağız və burundan su girib, həzm sisteminə çatmadıqca heç kəsin orucu batil olmur. Ağzından və burnundan su qaçırmamaq şərti ilə oruc tutan şəxs çimə, dənizə və hovuza girə bilər.

5. Hamilə qadınlar oruc tuta bilərlərmi? Ramazan ayında oruc tutmamaq üçün keçərli səbəblərdən biri də qadınların dünyaya uşaq gətirməsidir. Hamiləlik ərəfəsində qadınlar özlərinə və körpələrinə zərər gəlməsin deyə oruc tutmaya bilərlər.

6. Oruc tutan şəxs dişini müalicə edə bilərmi? Müalicə zamanı hər hansı maye udulmadığı təqdirdə, diş müalicəsi orucu batil etməz.

7. Cinsi əlaqə orucu batil edərmi? - Əgər oruc tutan şəxs bilə-bilə cinsi əlaqədə olarsa orucu batil olar. Əgər oruc tutmağını unudub yaxınlıq edərsə orucu batil olmaz. Amma cinsi yaxınlıq zamanı yadına duşə ki, oruc tutub dərhal bu işi tərk etməlidir. Cinsi yaxınlığı tərk etməsə orucu batil olar. Bu zaman ona həm orucun qəzası, həm də kəffarəsi vacib olur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər