Sumqayıt bulvarında çimməyə icazə var? — Görüntülər yayıldı + VİDEO

Sumqayıt bulvarında çimməyə icazə var? — Görüntülər yayıldı + VİDEO













Sumqayıt şəhər bulvarı ərazisində çimənlər var.
Bununla bağlı “Xəzər Xəbər”in votsap nömrəsinə video-görüntü göndərilib.

İddia olunub ki, bir neçə nəfər ictimai yerdən dənizə girib və çimib.

Bəs görəsən bulvar ərazisində çimməyə icazə varmı?

Məlumata görə, bu məsələ şəhər ictimayətinin nümayəndələri tərəfindən də yaxşı qarşılanmayıb. Bulvarın ailəvi istirahət məkanı olduğunu deyən sakinlər bu cür hallara yol verilməməli olduğunu bildiriblər.
Məsələ ilə bağlı Sumqayıt şəhər Dənizkənarı Bulvar İdarəsindən bildirilib ki, təqdim olunan video-görüntü həqiqəti əks etdirmir. Bulvar ərazisi günün 24 saatı mühafizə olunur.

Çimərliyə çıxan hissədən sakinlər yalnız gəzinti məqsədilə istifadə edə bilərlər. O ki qaldı video-görüntüdə göstərilənlərə, bildirilib ki, onlar həmin hissədə təmir-bərpa işi həyata keçirən ustalardır.

Ümumiyyətlə, bulvar ərazisində heç kəsin dənizə girməsinə icazə verilmir. İcazəsiz girən vətəndaşlar olarsa, onlara qarşı tədbirlər görüləcək.Sumqayıt şəhər bulvarı ərazisində çimənlər var.


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər