Xətai Estetik Klinikasında əməliyyat olunan 8 yaşlı uşaq qanaxmadan vəfat etdi - Sensasion iddia + Açıqlama

Xətai Estetik Klinikasında əməliyyat olunan 8 yaşlı uşaq qanaxmadan vəfat etdi - Sensasion iddia + Açıqlama














Xətai Estetik Klinikasında həkim səhlənkarlığı zamanı dünyasını dəyişən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdir müavini Rafiq İsayevin oğlu, 8 yaşlı Turan İsayevin ailəsindən hadisəyə ilk münasibət bildirilib.

Turan İsayevin bacısı Demokrat.Az-a açıqlamasında deyib ki, qardaşı həkim səhlənkarlığı üzündən dünyasını dəyişib:

"Turan Xətai Estetik Klinikasında əməliyyat olunub, əməliyyatı edən həkimin adı isə Natavan xanımdır. Məsələnin araşdırılması üçün Tibbi Ekspertizaya müraciət etmişik. Nəticəsini gözləyirik. Bizim susmaq fikrimiz yoxdur. Sadəcə olaraq dərdimiz hələ təzədir. Bunu araşdırmaq üçün hələ özümüzdə güc tapa bilmirik. Özümüzdə güc tapandan sonra hadisənin səbəbini aydınlaşdıracağıq. Bu barədə hələlik danışmamağımızın səbəbi də ekspertizanın nəicələrini gözləməyimizlə bağlıdır".

Xatırladaq ki, 8 yaşlı Tunar İsayevin həkimlərin səhvən onun şah damarını kəsməsi nəticəsində həyatını itirdiyi deyilir:

"Onu bir neçə gün öncə "Xətai” Estetik Klinikasında boğaz-burundakı əti kəsmək üçün əməliyyat ediblər. Amma artıq ət əvəzinə arterial damarını kəsiblər. Damarı yandırıb yapışdırıblar. Dünən öskürəndə damar açılıb və uşaq qanaxmadan qısa vaxtda vəfat edib”.

Qohumunun sözlərinə görə, 8 yaşlı Tunar Rafiq oğlu İsayev bu gün dəfn olunub: "Tunar İsayevin ailəsi klinikanın yanındakı binada yaşayır. Yas mərasimi də elə burada keçirilir.

Bununla bağlı cinayət işi açılıb, istintaq gedir. Uşaq 18 ildən sonra dünyaya gəlmişdi. Ailənin uzun müddət idi uşağı olmurdu”.

Qeyd edək ki, cərrah Natavan Yaqubova Xətai Estetik Klinikasının tanınmış həkimi kimi tez-tez telekanallarda reklam edilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər