Astroloji proqnoz - 4 May

Astroloji proqnoz - 4 May















Qoç - yeni işlərə başlamağı planlaşdırırsınızsa, aktiv olun, süstlük etməyin. İşə nə qədər tez başlasanız, gərəkli nəticəyə bir o qədər tez çata bilərsiniz.

İşgüzar aktivliyiniz gərəkli səviyyədə olmalıdır.

Günün ikinci yarısında yaşam potensialı bir qədər zəifləyə bilər. Diqqətiniz yayınmasın. Çətinliklər yarananda müttəfiq və ya tərəfdaşlarla bağlı axtarışlar zərurəti yaranacaq.

Emosional fon stabil deyil. Pis əhvala qapılmayın, yaxınlarınızın bədbinləşməsinə səbəb olmayın. Axşam saatlarında dərinizlə bağlı problemlər yarana bilər. Özünüzü qoruyun.

Buğa - sizin üçün mühüm, önəmli insanla münasibətlərdə problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanların davranışını və əməllərini sərt tənqid etməyin. Sakit, təmkinli davranın. Soyuqqanlı olun. Yaşanan situasiyanı tam anlamırsınızsa, prosesin xırdalıqlarını təhlil edə bilmirsinizsə, susmağa üstünlük verin. Bir qədər gözləyin.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla asanlıqla dil tapacaqsınız. Şəxsi münasibətlər və peşəkar fəaliyyət müstəvisindəki probelmləri vaxtında həll etməyə çalışın.

Axşam saatlarında ehtiyatlı olun. Travma alsanız, yaranız gec sağalacaq.

Əkizlər - səhər saatlarında alacağınız informasiya sizi narahat edəcək. Çətin məsələləri həll etməli olacaqsınız. Sizə yardım edənlər, dəstək verənlər olmayacaq. Maliyyə durumunuz ürəkaçan deyil. Gəlirlər də gözləntilərinizin tam əksinə olaraq, çox deyil.

Günün ikinci yarısında qohumlarla fikir ayrılığı yaranar. Münasibətləri korlaya biləcək münaqişənin yaranmasına imkan verməyin.

Axşam saatlarında sümük və oynaqlarda xroniki ağrılar yarana bilər. Səhhətinizdəki problemlər qısamüddətli olacaq.

Xərçəng - peşəkar fəaliyyətlə bağlı önəmli qərar qəbul etməlisiniz. İş yerini dəyişərək daha çox maaş verilən yerdə çalışmaq imkanı var. Amma bununla belə, iş yerini tərk edəndən sonra yeni iş yerinin ağrılı və uzunmüddətli axtarışlarına başlamaq məcburiyyətində qalmağınız da istisna deyil.

Günün ikinci yarısında qəfil maliyyə itkiləri ola bilər. İstirahət və ya əyləncələrdən imtina etməlisiniz.

Dostlarla görüş, romantik təmaslar üçün pis zaman deyil. Yaxşı bələd olduğunuz insanlarla ünsiyyət sizi sevindirəcək. Yeni tanışlarla mükalimələrdə çətinlik çəkmədən ortaq məxrəcə gələcəksiniz.

Şir - mürəkkəb, çətin, ifrat diqqət tələb edən işlərə başlamayın. Sizdən asılı olmayan səbəblər ucbatından həmin işləri başa vura bilməyəcəksiniz. Səhv və yanlışlıq ehtimalı da az deyil.

Fırıldaq qurbanı olmayın. Maliyyə baxımından uğurlu gün deyil.

Günün ikinci yarısında enerji potensialının səviyyəsi aşağı düşəcək. Adi günlərdən fərqli olaraq daha tez və çox yorulacaqsınız.

Axşam saatlarında allergik reaksiya və qida zəhərlənməsi riski var. Planlaşdırılmamış, uzaq səfərə yollanmayın.

Qız - xoşagəlməz hadisələr az deyil. Buna rəğmən fəaliyyət məcrasından çıxmayın. Qarşınıza qoyduğunuz məqsədə nəyin bahasına olursa-olsun çatmaq istəyi varsa, yolunuzdakı səd və maneələri dəf edəcəksiniz.

İşdə rəhbərliklə fikir ayrılıqları yarana bilər. Mövqelərinizi çətinliklə də olsa, qoruyun.

Günün ikinci yarısında yaxınlarınızla mübahisə etməyin. İxtilaflara yol verməmək üçün güzəştə getməyi bacarın.

Gəlirlər çox olmasa da, pulların gəlişi vaxtındadır.

Tərəzi - bütün mühüm işləri günün ilk yarısında görün. Zamanı boş işlərə sərf etməyin, vaxtı hədər yerə keçirməyin. Saatlar keçdikcə müsbət təmayüllərin təsirləri zəifləyəcək. Problemlər yaranacaq. Barəsində çox yüksək fikirlərə malik olduğunuz insan sizdə təəssüf hissi yarada bilər.

İllüziyalara qapılmayın, realist olun.

Günün ikinci yarısında yaşam potensialının səviyyəsi yüksəkdir. Əhvalınız və səhhətiniz pis deyil. Diqqət mərkəzində olacaqsınız. Dəvət aldığınız tədbirə qatılın. Yeni tanışlarda özünüzlə bağlı xoş təəssürat yaratmaq istəyirsinizsə, xarici görünüşünüzə fikir verin.

Əqrəb - emosional baxımdan mürəkkəb gündür. Ani hisslərin əsirinə çevrilərək səhvləri və yanlışlıqları sıralamayın. Rəqiblərlə bədxahlar məkrli planlar qurur, sizinlə manipulyasiyalar etməyə çalışırlar. Məqsədə çatmaq üçün qətiyyətli addımlar atmayın. İlkin mərhələdə proses sərfəli təsir bağışlamaya bilər.

Günün ikinci yarısında kimə etibar etmək, kimdən də uzaq durmağı müəyyənləşdirmək çətindir. İllüziyalarınızın torundan qurtulun.

Çoxdankı münaqişələrlə fikir ayrılıqlarını ört-basdır etməyə çalışmayın. Problemləri unutmaq mümkün deyil.

Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə səmimi olun.

Sevdiyiniz adamı kiçik hədiyyə ilə sevindirin.

Oxatan - uğurlu və əlverişli gündür. İşgüzar danışıqlar uğurla keçir. Yeni tərəfdarlar olacaq. Həmin adamlarla əməkdaşlıq qarşınızda yeni imkanlar yaradır. Yaradıcı ideyalardan birini reallaşdırmaq şansı var. Bacarıqlarınızı nümayiş etdirin. Seçdiyiniz istiqamətdə ilk addımları atmaq zamanıdır.

Günün ikinci yarısında tapşırıqlar, sifarişlər, öhdəliklər artacaq. Ev işlərinin də sayı çoxdur.

Qətiyyətli və inadkar olsanız, karyera ierarxiyasında yüksələ bilərsiniz. Lakin bunun üçün sizdən "yuxarıda oturan" insanı yerindən tərpətməli olacaqsınız.

Axşam saatlarında normal istirahət edin.

Oğlaq - kiçik çətinliklər və problemlər olsa da, müsbət təmayüllərin təsiri güclüdür. Taledən şikayətlənmək üçün ciddi səbəblər yoxdur. Bilik, informasiya və təcrübənin artırılması üçün əlverişli zamandır. İşlərinizdə faydalı ola biləcək insanlarla ünsiyyəti intensivləşdirin.

Günün ikinci yarısında işlər nə qədər çox olsa da, dəyər və önəm verdiyiniz insanları unutmayın. Yaşayış məkanının interyerinə dəyişikliklər etmək, mebel almaq və ya köhnə mebelin yerini dəyişmək olar.

Yaşam potensialının səviyyəsi yüksəkdir. Səhhətinizdə problemlər olmayacaq.

Dolça - genişmiqyaslı və mürəkkəb işlərə başlamaq olar. Yeni layihəyə start verin. Aktiv və enerjili olun. Müttəfiq və həmfikirləri asanlıqla tapa bilərsiniz.

Gəlirlər istisna deyil. Cəsarətli ideyanızı reallaşdırmaq üçün yetərli maliyyə vəsaiti əldə edəcəksiniz. İş üçün gərəkli və ya fəaliyyət məkanında dəyişiklikləri nəzərdə tutan əşyalar ala bilərsiniz.

Günün ikinci yarısı travma risklidir. Elektrik əşyaları, dəlici və ya kəsici alətlərlə ehtiyatlı olun. Ekstremallıq etməyin. Romantik görüş yaxşı keçəcək. Təxəyyülünüzü işə salın.

Balıqlar - narahat və nigaran olacaqsınız. Problemlər diqqətə əsla layiq olmayan xırdalıqlarla təfərrüatlara görə yarana bilər. Peşəkar fəaliyyət sahəsində irəliləyişə nail olmaq fikriniz varsa, riskə getməlisiniz. Ətalətli və süst olmayın. Maraqlı, yeni imkanları əldən verməyin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə təşəbbüskar olun. Yalnız belə davranış sayəsində sizi sonradan pərişan edə biləcək yeniliklərdən qurtula bilərsiniz.

Qənaətcil olun. Alış-verişdə böyük məbləğli xərclərə, nəzərdə tutulmamış sərfiyyata imkan verməyin.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər