Məsum Əliyev yüksək insanlığı ilə seçilən bir insan və baş həkimdir!

Məsum Əliyev yüksək insanlığı ilə seçilən bir insan və baş həkimdir!

















Kürdəmir rayonu Karrar kənd Sahə Xəstəxanasının baş həkimi Məsum Əliyev - Kürdəmirdə prezident seçkilərində səsvermə çox sakit şəraitdə həyata keçirilib və Kürdəmir seçicilərinin konstitusion hüquqlarını reallaşdırmaq üçün bütün standartlara cavab verib.

Ökəmizin hərtərəfli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi və beynəlxalq nüfuzunun artırılması sahəsindəki çoxşaxəli fəaliyyət təkcə bir partiyanın, yaxud hakimiyyətin deyil, əqidəsindən asılı olmayaraq, hər bir kəsin maraq və mənafelərinin qorunmasını təmin edir. Ona görə də 11 aprel seçkilərinin nəticələri hamımızın qələbəsidir. Xüsusi vurğulamaq yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin siyasi memarlığı və qoruyucu ruhu hər zaman vətənimizin başı üzərindədir. Milyonlarla qardaş və bacılarımız 11 aprel 2018-ci il tarixində bir daha milli liderinin irsinə sədaqətini və dönməzliyini nümayiş etdirdi.

Möhtərəm cənab prezident!

Böyük səs çoxluğu ilə qələbə qazanmağınız ondan xəbər verir ki, xalq Sizin rəhbərliyiniz altında sabitliyə və təhlükəsizliyə, həyat səviyyəsinin yüksəldilməsinə, ölkənimizin ərazi bütövlüyünün təmin olunmasına dərin inam bəsləyir. Bir sözlə, Sizin qələbəniz Azərbaycanın dövlət müstəqilliyinin 100 illiyinə ən böyük töhfədir.



Hər bir şəxs çalışdığı sahədən asılı olmayaraq, fəaliyyətini qanunlar çərçivəsində xarakterinə uyğun şəkildə qurur. Bu mənada mən daha çox işləməyə üstünlük verirəm. Hesab edirəm ki, mənim fəaliyyətimə biləsuvarlılar qiymət verməlidirlər. Əgər sizi mənim fəaliyyətim maraqlandırırsa, buyurub baş həkim olduğum Kürdəmir rayonu Karrar kənd Sahə Xəstəxanasına gəlib hər şeyi yerində öyrənə bilərsiniz. Ancaq məqsəd qarayaxma olacaqsa, mən belə məsələlərə vaxt ayırmıram.

Kürdəmir rayonu Karrar kənd Sahə Xəstəxanasının baş həkimi Məsum Əliyev


Kürdəmir rayonu Karrar kənd Sahə Xəstəxanasının baş həkimi Məsum Əliyev dövlətimizə və Səhiyyə nazirinə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Kürdəmir rayonu Karrar kənd Sahə Xəstəxanasının baş həkimi Məsum Əliyevdir.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Sevindirici haldır ki, baş həkim Məsum Əliyevin baş həkim olduğu Kürdəmir rayonu Karrar kənd Sahə Xəstəxanası bu gün də keçmiş ənənələrədn bir çoxunu yaşadır və inkişaf etdirir. Təbii ki, inkişafdan danışarkən bu gün müstəqil Azərbaycan dövləti tərəfindən bütün digər sahələrdə olduğu kimi, insanların sağlamlığının bərpası və mühafizəsi vacibdir.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

Məsum Əliyev yüksək insanlığı ilə seçilən bir insan və baş həkimdir!

Məsum Əliyev insanlara yaxşılıq etmək üçün dünyaya gəlib!

Məsum Əliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

“Mən xalqımın ən böyük xidmətçisiyəm. Məndən nümunə götürün”- deyən İlham Əliyevdən nümunə götürən Məsum Əliyev də xalqın xidmətçisidir.

P.S. Karrar kənd xəstəxanası 25 çarpayılıq, doğum evi, 2 həkim, 1 mama,7tibb bacısı 9 təsərrufat işçisindən ibarətdir. Xəstəxana Kürdəmir rayonun Karrar , Ərişəli, Muğanlı, stansiya Karrar, Bağman Sığırlı, Məhərrəmli, Ərəbqubalı cəmi 15000 əhalisi olan ərazi sahə xəstəxanası təşkil edir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər