Azərbaycanın Rusiyadakı səfirliyində səsvermə başlayıb

Azərbaycanın Rusiyadakı səfirliyində səsvermə başlayıb














Azərbaycanın Rusiyadakı səfirliyində prezident seçkiləri ilə əlaqədar səsvermə başlayıb.
APA verdiyi məlumata görə, yerli vaxtla saat 08:00-da səfirlikdə yerləşən məntəqə açılıb.
Səfirliyin foyesində seçici siyahıları asılıb. Məntəqə seçki komissiyasının üzvləri səfirliyə gəlmiş vətəndaşları əlavə qeydiyyata alırlar. Səfirlikdə açılan 17 saylı Yasamal üçüncu seçki dairəsinin 47 saylı seçki məntəqəsinin sədri Ağalar Atamoğlanov məntəqədə qeydiyyatda olan Azərbaycan vətəndaşlarının sayının 1499 nəfər olduğunu söyləyib.

Qeyd edək ki, Moskvadakı səfirliklə yanaşı, Azərbaycanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərindəki baş konsulluqlarında da seçki məntəqələri yaradılıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər