Qarabağda 5 dövlətin böyük savaş planı

Qarabağda 5 dövlətin böyük savaş planı















Ermənistanda artıq müharibə ssenariləri yazılır

Erməni KİV-ləri yaxın günlərdə Qarabağda və hətta İrəvan ətrafında baş verəcək müharibənin ssenariləri ilə doludur.

İstiPress-in məlumatına görə, bu məsələdə az-çox populyar olan KİV-lər daha fəaldır.

Məsələn, erməni diversantların məşhur komandiri Vova Vartanov “1in.am”a müsahibəsində Azərbaycanın Naxçıvan və Çəmğərəkdən (Krasnoselskdən) hucum edəcəyini iddia edir. Populyar siyasi analitik Naira Ayrumyan isə “Lragir”də yazdığı məqalədə Azərbaycanın aprelin ortalarında Ermənistandakı hakimiyyətsizlikdən istifadə edə biləcəyini iddiva edir. Naira Ayrumyan hətta Ermənistan ordusunun bu hücuma hazırlaşdığını iddia edir.

Region dövlətlərindən Rusiya da müharibəyə hazırlaşır. Sabiq millət vəkili Nazim Bəydəmirli sosial şəbəkədə yazdığı statusunda Kremlə yaxın mənbənin onunla fərdi söhbətdə Rusiyanın qərblə müharibəyə hazırlaşdığını bildirib.

Nə baş verir? Rusiya Qərblə Ukraynda uğrunda müharibəyə hazırlaşır. Nə gözlənilir - Ukrayna, Moldova, Gürcüstan üçlüyünə Azərbaycandamı qoşulacaq və bunun vasitəsi ilə Pakistan və Türkiyədəmi Qarabağ müharibəsinə daxil olacaq? Bu nə dərəcədə realdır? Bu müharibədə nəzəri olaraq qələbə mümkün olsa da, region üçün böyük fəlakətlərlə nəticələnə bilər. Azərbaycanın və Türkiyənin qərbin maraqları uğrunda Rusiya ilə bu kamikadze savaşına girməsi nə dərəcədə məntiqlidir?

Lakin Nazim Bəydəmirlə İstiPress-ə müsahibəsində şəxsi tanışı olan həmin professorun müharibənin Qafqazda deyil, Avropa istiqamətində olacağını vurğulayıb: “Rusiya Qafqazda hər şeyi nəzarətdə saxlayır, elə Suriyada da Türkiyə ilə anlaşması hər iki dövlətin maraqlarına uyğundur. Təbii ki, bu anlaşma pozulmayacaq və Qarabağ nizamlanması ATƏT-in Minsk qrupunun apardığı danışıqlar çərçivəsində davam edəcək”.

Yəni bu Azərbaycan üçün daha məqbul variantdır, Hər halda, atəşkəsin davam etdiyi 25 ildə Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edib, ölkədə əhali sayı 2 dəfəyə qədər artaraq 10 milyona çatıb. Ermənistan isə əhalinin böyük köçü ilə üz-üə qalmış boşalan regiona çevrilib. Yəni Azərbaycan üçün Qarabağ münaqişəsini maksimum az qan tökməklə BMT prinsipləri çərçivəsnndə həll edilməsi daha məqbuldur.

Türkiyə tərəfi də Qarabağ münaqişəsinin dinc yolla həllinin vacibliyini vurğulayır. Bakıda Qoşulmama hərəkatının toplantısı ilə bağlı səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu münaqişənin dinc yolla həlli üçün BMT və ATƏT-in, Minsk qrupu ölkələrinin səy göstərməsinin vacibliyini vurğulayıb:

“Biz hər zaman, hər şərtlə qardaş Azərbaycanın həmişəlik yaşayırıq. Nə zaman harada bizə bir ehtiyac duyduğu zaman biz qardaşlarımızın yanında olduq, bu gün də yanındayıq, sabah da yanında olacağıq”,- deyə Çavuşoğlu vurğulayıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər