Bakıda deputatlığa namizəd olan şəxs dələduzluqla istintaqa cəlb edildi — YENİLƏNİB

Bakıda deputatlığa namizəd olan şəxs dələduzluqla istintaqa cəlb edildi — YENİLƏNİB














Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları dələduzluqla axtarışda olan şəxsi həbs edib.
“Ölkə.Az”a verilən məlumata görə, 1986-cı il təvəllüdlü Tural Marks oğlu Mamedov Nərimanov RPİ-si 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həbs olunaraq istintaq orqanına təhvil verilib.

Faktı Nərimanov Rayon Polis İdarəsindən də təsdiq ediblər. Məlum olub ki, Tural Mamedov cinayət məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olub. Belə ki, o, vətəndaşın etibarından sui istifadə edərək dələduzluq edib. İstintaq dövründə onun barəsində həbs-qətimkan tədbiri seçilməyib, ancaq T.Mamedov istintaqdan yayındığı üçün polis idarəsi tərəfindən axtarışa verilib.
Araşdırmalarımız zamanı məlum olub ki, 1986-cı il təvəllüdlü Tural Mamedov 2015-ci ildə Azərbaycanda keçirilən beşinci çağrış parlament seçkilərində 121 saylı Laçın seçki dairəsindən bitərəf olaraq deputatlığa namizəd olub. Həmçinin Təhsil Nazirliyinin əmri əsasında “Azərbaycan tarixi” Abituriyentlər üçün dərs vəsaitini hazırlayıb, “Qafqaz servis “ MMC-nin rəhbəri olub, Xalqinfo.az xəbər portalının baş direktoru vəzifəsində işləyib.

Qeyd edək ki, dünən bir sıra mətbuat orqanları xəbəri təkzib etsə də, Tural Mamedov da faktı təsdiq etdi. O, özü barəsində dələduzluq maddəsi ilə cinayət işinin olmasını və bununla bağlı istintaqdan yayındığını etiraf etdi. Onun haqqında polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib və istintaq dövründə həbs olunmayıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər