Anar Cəlilov: YOL POLİSİ ƏMƏKDAŞLARI UĞURLU NƏTİCƏLƏR ƏLDƏ ETMİŞDİR

Anar Cəlilov: YOL POLİSİ ƏMƏKDAŞLARI UĞURLU NƏTİCƏLƏR ƏLDƏ ETMİŞDİR










Bərdə rayon Dövlət Yol Polisi Bölməsinə gəldiyi gündən Anar Cəlilovun rəis, polis mayoru vəzifəsini daşıdığı Bərdə rayon Dövlət Yol Polisi Bölməsində görülən işlərin siyahısına nəzər salanda Bərdə rayonunda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Anar Cəlilov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Anar Cəlilovu heç vaxt əqidəsindən döndərə bilməz.

Anar Cəlilov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Anar Cəlilov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Anar Cəlilov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Anar Cəlilovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Anar Cəlilov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Anar Cəlilov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Bərdə rayon Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün postlarda Anar Cəlilov özünü doğruldub. Bizdə hörmətli Anar Cəlilovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Bərdə rayon Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Anar Cəlilov - Maddi-texniki bazanın müasirləşməsi, xidmətin “elektron hökumət” dövlət proqramına uyğun qurulması, qayda pozuntularının texniki vasitələrlə aşkarlanması müasir innovasiyaların tətbiqinə geniş imkan yaradıb. Avtomobil yollarında foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə yol hərəkətinə nəzarət gücləndirilib, il ərzində bütövlükdə 421 radar, 914 videokamera və 297 nömrəoxuma sistemi quraşdırılıb.

Məlumdur ki, bu qurumun səlahiyyətlərinə bir çox əhəmiyyətli və mürəkkəb vəzifələr aiddir. DYP aparatlarının və hissələrinin fəaliyyətinə təşkilati-metodiki rəhbərliyin həyata keçirilməsi, yol hərəkəti təhlükəsizliyinə aid qaydaların, standartların və texniki normaların işlənib hazırlanmasında iştirak edilməsi, yol hərəkəti və onun təhlükəsizliyi göstəricilərinin uçotunun aparılmasının təşkili, yol hərəkəti təhlükəsizliyi məsələləri üzrə hüquqi və fiziki şəxslərin müraciətlərinə baxılması, DYP əməkdaşları barədə daxil olmuş müraciətlərə baxılması, şikayətlərə səbəb olan neqativ halların qarşısının alınması üçün tədbirlər görülməsi, yol hərəkətinin təhlükəsizliyi məsələləri üzrə elmi-tədqiqat işlərinin aparılmasında iştirak edilməsi, avtomobil yollarının, küçələrin, dəmir yolu keçidlərinin yol hərəkəti üçün təhlükəsiz vəziyyətdə saxlanılmasının, küçə və yolların hərəkəti tənzimləyən vasitələrlə təhciz olunmasının təşkili, Respublika və yerli əhəmiyyətli yolların tikintisi layihələrinə yol hərəkəti təhlükəsizliyi baxımından rəy verilməsi, yeni və yenidən qurulmuş yolların, yol qurğularının və dəmir yolu keçidlərinin istismara qəbulu üzrə dövlət və işçi komissiyalarının işində yol hərəkətinin təhlükəsizliyi şərtlərinə əməl olunması baxımından iştirak edilməsi, küçə və yollarda, habelə dəmir yolu keçidlərində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, texniki təmin işlərinin görülməsi sahəsində tələblərin yerinə yetirilməsinin təşkili bu vəzifələrin heç də tam siyahısı deyildir.


Əminliklə demək olar ki, son illər ərzində DYP strukturlarında davamlı və ardıcıl olaraq həyata keçirilən islahatlar dünyanın bir çox dövlətlərinə də nümunə ola biləcək səviyyədədirlər. Müstəqilliyimizin ilk illərində Azərbaycanda "Yol hərəkəti haqqında" qanun qəbul olundu və bu barədə Birləşmiş Millətlər Təşkilatının müsbət rəyi alındı. Postsovet məkanında olan ölkələr də məhz bu qanunu model olaraq götürdülər. Digər tərəfdən, ölkəmizdə yol polisi xidmətinin struktur tərkibinin yeniləşməsi və təkmilləşməsi istiqamətində də daim lazımi dəyişikliklər aparılır. Nəzarət və idarəçilik funksiyasında işin daha səmərəli təşkili baxımından köklü islahatlar həyata keçirilib. Birmənalı şəkildə demək olar ki, bu gün Daxili İşlər Nazirliyində, o cümlədən dövlət yol polisi xidmətində aparılan islahatlar populist xarakterli və eksperiment yönümlü deyil. Beynəlxalq təcrübədən ən yaxşı nümunələrin öyrənilməsi əsasında risklərdən uzaq, çox mərhələli və uzun müddətə hesablanmış islahatlar DYP əməkdaşlarına hərəkətin təhlükəsizliyinin təmini kimi son dərəcə vacib vəzifənin öhdəsindən layiqincə gəlməyə imkan verir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər