“Azərbaycan heç kimə fikir vermədən dərhal hücuma keçəcək...” - erməni generaldan savaş proqnozu

“Azərbaycan heç kimə fikir vermədən dərhal hücuma keçəcək...” - erməni generaldan savaş proqnozu













Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi, general Movses Akopyan Qarabağda yeni müharibənin başlanacağını istisna etmir və erməniləri arxayın etməyə çalışır ki, onun ordusu bu müharibəyə hazırdır.

Virtualaz.org xəbər verir ki, Movses Akopyan Ermənistan ictimai televiziyasına müsahibəsində bu haqda danışıb.

“Azərbaycan məsələni hərbi yolla həll edə biləcəyinə əmin olan kimi heç kimə fikir vermədən dərhal hücuma keçəcək” - o, bildirib.

Movses Akopyan əmindir ki, Azərbaycanı hələlik hücumdan çəkindirən Ermənistan ordusunun hazırlığıdır. Hərçənd o, Azərbaycan ordusunun 2016-cı ilin aprelində Ermənistan ordusunun bu hazırlığını necə yoxladığı, illərdir möhkəmləndirilmiş müdafiə xəttini cəmi 40 dəqiqəyə yarıb keçdiyi barədə danışmayıb.

“Rəqib gözəl başa düşür ki, biz hazırıq. Və müharibənin başlanmasının qarantiyalarından biri bizim daimi döyüş hazırlığımızdır”-Akopyan lovğalanıb. Hansı ki, o regionda müharibənin yenidən başlanmasını əngəlləyən digər (özü də ən başlıca) amil-Rusiya amili barədə bəhs etməyib.

Xatırladaq ki, bundan əvvəl ABŞ Milli Kəşfiyyat Agentliyi 2018-ci il üçün qlobal risklərə dair hesabatında Qarabağda irimiqyaslı hərbi əməliyyatların başlanmasının mümkünlüyü barədə xəbərdarlıq edib. Ötən gün isə Rusiyanın hərbi dairələrə yaxın analitik mərkəzi Ermənistanla Azərbaycan arasında müharibənin qaçılmaz olduğu barədə hesabat dərc etmişdi.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər