Mahir Mirzəyev: Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur

Mahir  Mirzəyev: Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur












Yardımlı rayonu ölkəmizin modern, inkişaf etmiş əyalətlərindən birinə çevrilməkdədir. Belə ki, Mahir Mirzəyevin Yardımlı İcra Hakimiyyəti başçının müavini olduğu rayon son illər ərzində rayonda tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının təmiri, binaların müasir üslubda tikintisi və digər infrastruktur layihələrinin icrası sürətlə həyata keçirilib. Rayonda bütün köhnə tikililər müasir və yeniləri ilə əvəz olunur. Şəhərin bütün ərazilərində tikintilər davam etdirilir və binalar müasir zövqlə inşa olunur. Əhalinin elektrik enerjisi, rabitə, qaz və içməli su ilə təmini yüksək keyfiyyətlə həyata keçirilib. Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış qərargah öz işini operativ şəkildə qurub və bu sahələrdə baş vermiş qəzaların vaxtında aradan qaldırılması üçün tədbirlər görülüb. Rayonun dinamik inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması iqtisadi göstəricilərin də artmasına səbəb olub.

Yardımlı İcra Hakimiyyəti başçının müavini Mahir Mirzəyev - Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur. Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev də sovet hakimiyyətinin qadağalarına baxmayaraq, milli ruhun yüksəlişinə təkan verən amillərə xüsusi hörmətlə yanaşırdı. Müstəqillik dövründə isə Ulu Öndər hər il qədim milli bayramımız olan Novruzda əhali ilə bayramlaşmağa çıxar, xalqımızın Novruz sevinclərindən zövq alardı.

Milli adət-ənənələrimizə, o cümlədən Novruz bayramına yüksək qiymət verən Ulu Öndər bu bayram haqqında deyib: “Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”.

Hər il Ulu Öndərin bayram münasibətilə Azərbaycan xalqına təbrikləri Novruzun ruhundan doğurdu. Ümummilli Liderin bayram şənliklərində iştirakı, Kosa ilə yumurta döyüşdürməsi, Bahar qızı ilə söhbətləri Novruz tədbirlərini daha da şənləndirir, insanlarda xoş ovqat yaradırdı.

Hazırda bu ənənələr Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran dövlətimizin başçısının hər il bayram şənliklərinə qatılması, əhali ilə bayramlaşması, Bakının qədim meydanındakı tonqalı alovlandırması bayram ovqatını daha da artırır. “Novruz gələcəyə inam hissi aşılayır, könüllərdə ən ali duyğuları oyadır, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırır”, - deyən Prezident İlham Əliyev Novruzun insanlarda qurub-yaratmaq əzmi aşılayan bayram olduğunu qeyd edib.


Novruz bayramı artıq UNESCO tərəfindən beynəlxalq səviyyədə də qeyd olunur. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri nəticəsində xalqımızın bu əziz el bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisi tərəfindən 21 mart tarixi Beynəlxalq Novruz Günü elan olunub.

Mübaliğəsiz demək olar ki, Novruz Azərbaycan xalqının milli-mənəvi varlığını bütün dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır. Novruz ictimai həyata yeni həvəs gətirən, milli adət-ənənələri yaşadan el bayramıdır. Dolayısı ilə Novruz ənənəsini davam etdirən hər kəs mədəniyyət daşıyıcıları olmaqla yanaşı, ortaq dəyər kimi bu ənənələri qoruyurlar. Novruz, xalqın ortaq duyğu və düşüncələrini dilə gətirən, adət-ənənələrimizin qorunub yaşadılmasında əhəmiyyətli yeri olan qədim el bayramımızdır.


Bayramınız mübarək!

Mahir  Mirzəyev: Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur
Mahir  Mirzəyev: Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur
Mahir  Mirzəyev: Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur
Mahir  Mirzəyev: Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur
Mahir  Mirzəyev: Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur
Mahir  Mirzəyev: Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur
Mahir  Mirzəyev: Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur
Mahir  Mirzəyev: Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunur
Mahir  Mirzəyev: Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəm qeyd olunurБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər