Qonaq gedən ana doğuş zamanı övladı ilə birgə dünyasını dəyişdi

Qonaq gedən ana doğuş zamanı övladı ilə birgə dünyasını dəyişdi













Hadisə Tovuz rayon Mərkəzi Xəstəxanasında baş verib.
Tovuz rayon prokurorluğundan “Ölkə.Az”a verilən məlumata görə, Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Dadaşova Aytən İlqar qızı Ağstafaya qohumları evinə qonaq gəlib. Ancaq qohumlarının evində olduğu zaman doğuş sancısı başlayıb və onu Tovuz rayon Mərkəzi Xəstəxanasında çatdırıblar.

Həkimlərin müdaxiləsinə baxmayaraq dünyaya gələn uşaq ölüb. Həmçinin ananın vəziyyətidə ağırlaşmağa başlayıb. 21 yaşlı qadına lazımı tibbi yardımlar göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, A. Dadaşova ilk dəfə idi ki, dünyaya övlad gətirirdi.

Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanılıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər