İstirahət gününün cinayət statistikası

İstirahət gününün cinayət statistikası













Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 195 cinayət faktı qeydə alınıb, onların da 36-sı “isti izlər”lə açılıb.
DİN-dən “Ölkə.Az”a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Bildirilir ki, axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ölkənin avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 15 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər