Dərsdən qayıdan iki məktəblini maşın vurdu — Birinin vəziyyəti ağırdır

Dərsdən qayıdan iki məktəblini maşın vurdu — Birinin vəziyyəti ağırdır














Abşeron rayonunda yolu keçən iki məktəblini maşın vurub.
AZTB.info "Report"a istinadən xəbər verir ki, hadisə martın 6-sı günorta saatlarında Ceyranbatan qəsəbəsində baş verib.

Dərsdən evə qayıdan iki şagird - 2001-ci il təvəllüdlü Nəzrin Bilal qızı Candirova və 2005-ci il təvəllüdlü Xədicə İman qızı Məmmədzadə naməlum avtomobil tərəfindən vurulub.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb. X.Məmmədzadənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər