Sperma donorundan doğulan qız 21 il sonra axtarışa çıxdı — 40 qardaş-bacısını bir-bir tapdı + FOTO

Sperma donorundan doğulan qız 21 il sonra axtarışa çıxdı — 40 qardaş-bacısını bir-bir tapdı + FOTO














ABŞ-da yaşayan sperma donorundan doğulmuş Kianni Arroyo adında gənc qız eyni atadan olan 40 qardaş-bacısını tapıb.
“Ölkə.Az” xəbər verir ki, 40 qardaş-bacısı olduğunu öyrənən Arroyo internet vasitəsilə onların hamısını tapıb. Orlando şəhərində yaşayan Kianni bu işə ilk dəfə 5 il əvvəl, 10-cu sinifdə oxuyanda başlayıb və araşdırmalar nəticəsində dünyanın müxtəlif yerlərində ata bir, ana ayrı 40 qardaş-bacısını tapıb.

Kianninin qardaş-bacıları Kanada, Yeni Zelandiya və Avstraliyada yaşayır. Onlardan ən böyüyü – Kianninin 21 yaşı var, ən kiçiyi isə 5 aylıqdır.
“Məni anam böyüdüb və heç vaxt atamın sperma donoru olmasını məndən gizlətməyib. Həmişə özüm haqqında daha çox məlumat öyrənmək, qardaş-bacılarımın olub-olmadığını bilmək istəmişəm. Və onları çox çətinliklə tapmışam”, - deyə hazırda ofisiant işləyən Kianni deyib.

Kianni ilk dəfə Florida ştatının Tampa şəhərində yaşayan 20 yaşındakı bacısı Coanna ilə tanış olub və onlar qısa müddətdə yaxşı dost olublar. Hazırda da hər ay görüşürlər.
Qardaş-bacıları ilə çox yaxşı yola getdiyini deyən Kianni bildirib ki, bir-birlərini tanımasalar da, atalarının eyni insan olması aralarında xüsusi bir bağ yaradır və özlərini çox rahat hiss edirlər.

Qeyd edək ki, tapdığı 40 qardaş-bacısından 30-u onunla tanış olmaq istəyib. 10-u isə buna razı olmayıb.

Anonim qalmasını istədiyi atası ilə 18 yaşında tanış olan Kianni, görüşə anasını da apardığını, həmçinin atasının yaraşıqlı biri olduğunu bildirib.

Sperma donorundan doğulan qız 21 il sonra axtarışa çıxdı — 40 qardaş-bacısını bir-bir tapdı + FOTO
Sperma donorundan doğulan qız 21 il sonra axtarışa çıxdı — 40 qardaş-bacısını bir-bir tapdı + FOTO
Sperma donorundan doğulan qız 21 il sonra axtarışa çıxdı — 40 qardaş-bacısını bir-bir tapdı + FOTO
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər