Bu gün çox hörmətli cənab Saleh Məmmədovun doğum günüdür

Bu gün çox hörmətli cənab Saleh Məmmədovun doğum günüdür










Bu gün çox hörmətli cənab Saleh Məmmədovun doğum günüdür. Bakuxeber.info-nun məlumatına görə, cənab Saleh Məmmədovun 60 yaşı tamam olur.

Saleh Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Bu gün çox hörmətli cənab Saleh Məmmədovun doğum günüdür

Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Azərbaycan Respublikasının Tərtər rayonunda anadan olmuşdur. Tərtər rayonunda orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsinə vermiş və 1980-ci ildə müvəfəqiyyətlə institutun “Sənaye və mülki tikinti” fakültəsini bitirmişdir.

S.Ə.Məmmədov əmək fəaliyyətinə 06.08.1980-15.10.1980-ci illərdə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventar Bürosunda mühəndis kimi başlamışdır.

1980-1982-ci illərdə Sovet Ordusu silahlı qüvvələri sıralarında hərbi xidmət etdikdən sonra 1982-ci ildə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Mərkəzi Texniki İnventar Bürosunda mühəndis kimi fəaliyyətini davam etdirmişdir.

O, 1982-1991-ci illərdə “Yoltəmirtikinti” Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis və rəis, 1991-1993-cü illərdə “Azərneft” Yol Tikinti Təmir Trestinin 3 saylı Yol Tikinti İdarəsində rəis, 1994-1995-ci illərdə “Azkommunkomplekttexnika ” İstehsalat Birliyində rəis vəzifələrində işləmişdir.

Bu gün çox hörmətli cənab Saleh Məmmədovun doğum günüdür

1995-2003-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin Körpü Tikinti Trestinin rəis müavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4 saylı Yol istismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində çalışmışdır.

2003-2015-ci illərdə Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi, 2007-ci ilin fevralında “Yolnəqliyyatservis” Departamentinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqadar “Azəryolservis” ASC-nin 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində işləmişdir.

2015-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültəsini bitirmişdir.

S.Ə. Məmmədov 19.02. 2015-ci il tarixdən “Azəryolservis” ASC sədrinin birinci müavini təyin edilmiş və “Azəryolservis” ASC sədrinin vəzifəsi ona həvalə edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2015-ci il tarixli Sərəncamı ilə S.Ə. Məmmədov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli Fərmanı ilə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.

Bu gün çox hörmətli cənab Saleh Məmmədovun doğum günüdür

S.Ə. Məmmədovun rəhbərliyi ilə tikintisi başa çatdırılmış və Azərbacan Respublikası Prezidentinin iştirakı ilə 2015-ci il sentyabrın 17-də Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində bu yolun Ağsu-Kürdəmir hissəsi, oktyabrın 6-da yenidən qurulan Göyçay-Ucar avtomobil yolu nəqliyyatın hərəkəti üçün açılmışdır.

O, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində işlədiyi dövrdə respublikanın ümumi istifadədə olan Beynəlxalq əhəmiyyətli (E-119, AH-8), M-1, M-4 və M-2 magistiral avtomobil yollarının böyük bir hissəsinin istismarı, həmçinin yerli əhəmiyyətli yollarının 100 km uzunluqda hissəsinin istismarı işlərinə rəhbərlik etmişdir. Onun fədakar əməyi və bir bacarıqlı mühəndis kimi verdiyi təkliflər nəticəsində 1 saylı Yol İstismar İdarəsinin xidmət göstərdiyi avtomobil yollarında nəqliyyatın hərəkətinin təhlükəsizliyi təmin olunmuşdur. Bunun nəticəsində yol-nəqliyyat hadisələrinin sayı azalmış və respublika iqtisadiyyatına gəlir gətirmiş, həmçinin yollarda sərnişinlərin rahatlılığı və təhlükəsizliyi təmin olunmuşdur.

S.Ə.Məmmədovun əməyi Azərbacan Respublikası Prezidenti tərəfindən yüksək qiymətləndirilib. O, Respublika Prezidentinin 22.09. 2010-cu il tarixli 744 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş və ona Azərbaycan Respublikası Prezidentinin 10.04. 2012 ci il tarixli 2151 nömrəli Sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adı verilmişdir.

"Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri, Əməkdar Mühəndis Saleh Məmmədov "Şöhrət” ordeni ilə təltif edilib.

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev 22 Fevral 2018-ci il tarixli sərəncam imzalayıb. S.Məmmədov Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə bu yüksək ordenə layiq bilinib. .


Bakuxeber.info rəhbərliyi və kollektivi cənab Saleh Məmmədovu doğum günü münasibətilə təbrik edir, uzun ömür, cansağlığı, fəaliyyətində uğurlar arzulayır.


Bu gün çox hörmətli cənab Saleh Məmmədovun doğum günüdür
Bu gün çox hörmətli cənab Saleh Məmmədovun doğum günüdürБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər