Almaz xanım İsmayılova Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbində şərəflə çalışır

Almaz xanım İsmayılova Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbində şərəflə çalışır












Almaz xanım İsmayılova dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin drektoru Almaz xanım İsmayılovadır.

Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin drektoru Almaz İsmayılovanın adı, Binəqədi ictimaiyyətinə bəlli bir addır. Xoşbəxt o şəxsdir ki, onu geniş ictimai auditoriya daşıdığı vəzifəsinin öhdəsindən layiqincə gəlmək bacarığına, xeyirxah əməllərinə, ziyalılığına, yaradıcılıq qabiliyyətinin göstəricilərinə və.s-yə görə tanıyıb hüsnü-rəğbət bəsləyirlər..

Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin drektoru Almaz İsmayılovanın üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır. Belə ki, Almaz xanım dərs də dinləyir, məktəbin təmiri, digər çatışmazlıqlarla da ciddi məşğul olur. Almaz xanım İsmayılova tədrisin səviyyəsinin yüksəldilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsini əsas amillərdən sayır. Qəribə görünsə də drektor bu tədris ilində də müəllimlər ilə birgə bütün sinif otaqlarında olmuş, şagirdlərlə görüşmüş, tədrisin vəziyyətini yüksəltmək üçün təklif və tövsiyyələrini verməklə ayrı-ayrı məktəblərdə dərslərdə olmuşdur.


Almaz xanım İsmayılova Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbində şərəflə çalışır
1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. 135 saylı orta məktəbi bitirdikdən sonra 1982-ci ildə N.Tusi adına ADPU –nin İbtidai təhsilin pedaqoqika və metodikası fakültəsinə daxil olmuşdur. Oxuduğu müddətdə Azərbaycan Təhsil Nazirliyi Tələbə Elmi –Tədqiqat işləri üzrə Respublika Şurası tərəfindən XIII respublika elmi konfransında I dərəcəli diploma layiq görülmüşdür. 1986-cı ildən təyinatla Novxanı kənd orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə məktəb rəhbərliyi və RTŞ tərəfindən fəxri fərman, diplomlarla təltif olunmuşdur. 1991-ci ildən pedaqoji fəaliyyətini Ə.Ələskərov adına 244 №li orta məktəbdə davam etdirmişdir. Həmin məktəbdə metodbirləşmə sədri, 1997-ci ildən 2000-ci ilədək Binəqədi RTŞ-də ibtidai siniflər üzrə metodist vəzifəsində çalışmışdır. İşlədiyi müddətdə müxtəlif seminar, konfrans və “dəyirmi masa”ların, müsaqibələrin təşkilinə görə Binəqədi RTŞ, Azad Həmkarlar təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və diplomlarla təltif olunmuşdur. Açıq dərsləri və sinifdənxaric tədbirləri televiziya və mətbuat səhifələrində işıqlandırılmışdır. Bir neçə konfrans və müsabiqələrin iştirakçısıdır. 2002-ci ildə “Pedoqoji mühazirələr” müsabiqəsinin respublika turunda “Uşaq hüquqları haqqında Azərbaycan Respublikası Qanunu”nun uşaq hüquqları ilə bağlı müddəalarının öyrədilməsinin praktik əhəmiyyəti” mövzusunda məruzəsi Təhsil Nazirliyinin I dərəcəli diplomuna layiq görülmüşdür. 2001-ci ildən YAP-ın üzvüdür. 8-ci Binəqədi 27 saylı seçki məntəqəsinin üzvüdür. Azərbaycan Təhsil Nazirliyi və SİTO qrupu tərəfindən keçirilən Azərbaycan Respublikası Təhsil İslahatı Layihəsi, Kurikulum Tədris Materiallarının Hazırlanması və Şagird Qiymətləndirilməsi üzrə Seminar və Vokşop Proqramı” seminarında, bir neçə treninqlərdə iştirak etmiş və sertifikatlara layiq görülmüşdür. Bir neçə məqalə, metodik vəsait və “Ana dili” (V sinif) dərs vəsaitinin müəllifidir. Respublika Prezidentinin sərəncamı ilə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidir (2008-2009). Binəqədi-Nəsimi Metodiki Mərkəzdə ibtidai siniflər üzrə Dayaq Məntəqə sədri kimi fəaliyyət göstərmişdir. 2010-2011-ci illərdə MTTYM və Təhsil Nazirliyi tərəfindən “İbtidai siniflərdə yeni fənn kurikulumlarının tətbiqi” ilə bağlı təşkil edilmiş kurslarda təlimatçı kimi fəaliyyət göstərmiş və Azərbaycanın bir çox regionlarında “Fəal təlim” treninqləri keçirmişdir. Ana dili və ədəbiyyat fənnindən dərs deyəcək müəllimlər üçün yeni fənn kurikulumlarının tətbiqi və fəal interaktiv təlim kursu XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində təlimçi müəllim kimi fəaliyyət göstərmişdir (Bakı). Azərbaycan Respublikası təhsil nazirinin 2011-ci il 07 oktyabr tarixli 11/1012 nömrəli əmri ilə Azərbaycan Respublikası Qabaqcıl Təhsil işçisi döş nişanı ilə təltif olunmuşdur. UNICEF-in maliyyə dəstəyi ilə Ümidli Gələcək Gənclər Təşkilatı tərəfindən həyata keçirilən “Valideyn-Müəllim-Şagird Əməkdaşlığını təsis etmək və Azərbaycan məktəblərində VMA-ları inkişaf etdirməklə uşaqlar üçün yararlı məktəbin inkişafına yardım etmək” layihəsi çərçivəsində “QHT Menecmenti və Liderlik İnkişaf Proqramı”na əsasən keçirilən təlim kursunda, Azərbaycan Milli Valideyn Müəllim Assosasiyası tərəfindən “Azərbaycan, Gürcüstan, Moldova ve Polşada Valideyn-Müəllim hərəkatının inkişafı üçün təcrübə mübadiləsi formalaşması” adlı beynəlxalq konfransda , Bələdiyyə və Təhsil mövzusunda keçirilən treninqdə, Eastern Mediterranean University-nin “Mobile Curriculum 2012” kursunda iştirak etmişdir. Azərbaycan Prezidentinin 2014-cü il 30 sentyabr tarixli 756 nömrəli sərəncamı ilə “Əməkdar Müəllim” adına layiq görülmüşdür. Daha sonra “Potensial direktorlar”kursunu müvəffəqiyyətlə başa vurub, növbəti mərhələlərdən uğurla keçmişdir.Almaz xanım İsmayılova Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbində şərəflə çalışır

Binəqədi rayonu Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəb 1936-cı ildə inşa edilərək istifadəyə verilmişdir. Məktəb inşa olunan zaman 440 nəfər şagird üçün nəzərdə tutulmuşdur. 2006-ci ildə əlavə olaraq 14 sinif otağından ibarət korpus tikilib istifadəyə verilmişdir. Həm azərbaycan, həm rus bölməsi fəaliyyət göstərir. 179 nömrəli tam orta məktəb məktəbimizin məzunu olmuş Qorxmaz Baxşıyevin adını daşıyır. Qorxmaz Baxşıyev 16 iyun 1940-ci ildə Bakı şəhərində anadan olmuşdur. Binəqədi rayonundakı 179 nömrəli tam orta məktəbi bitirmişdir. Qorxmaz orta məktəbi bitirdikdən sonra 1959-cu ildə Binəqədi rayon Hərbi Komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. 1990-cı il hadisələrində təcili yardımda işləmiş və xeyli yaralının həyatını xilas etmişdir. 1992-ci il fevral ayında könüllü olaraq yenidən hərbi xidmətə yollanmış, Şuşa, Xocalı rayonlarında baş verən döyüşlərdə iştirak etmişdir. 1992-ci ilin mayın 18-də komandirini və 120 nəfər döyüş yoldaşını xilas edərkən ağır yaralanaraq həlak olmuşdur. 640 yerlik şagird üçün nəzərdə tutulan məktəbdə hal-hazırda tədris həm azərbaycan, həm rus dilində aparılır. Məktəbdə 2716 şagirdin təlim-tərbiyəsi ilə 133 nəfər müəllim məşğul olur. Məktəb 6 günlük, 4 növbəlidir. 2011-ci ildə məktəb əsaslı şəkildə təmir olunmuşdur. Məktəbimiz ixtisaslı müəllimlərlə tam təmin edilmişdir.
Almaz xanım İsmayılova Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbində şərəflə çalışırБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər