Alimlərdən yeni kəşf — Qaçış yaddaşı gücləndirir

Alimlərdən yeni kəşf — Qaçış yaddaşı gücləndirir














ABŞ-ın Briqama Yanqa universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar. "Ölkə.Az" xəbər verir ki, nəticələrə əsasən, qaçış xroniki stressin beyinin hippokamp hissəsinə mənfi təsirini azaldır. Nəticələr "Neuroscience" jurnalında dərc edilib.
Alimlər siçanlar üzərində tədqiqat aparıblar. Heyvanların bir qrupu 4 həftəlik müddət ərzində təkərlərdən istifadə edib. Digər qrup isə, az hərəkətli həyat tərzi keçirib. Bununla yanaşı, heyvanlar stress vəziyyətlərinə tabe tutulublar. Siçanlar soyuq suda üzməyə və hündür platformada gəzməyə məcbur edilib. Nəticədə məlum olub ki, fiziki gərginliyə məruz qalan və stress keçirən siçanlar tapşırığın öhdəsindən asanlıqla gəlirlər. Digər qaçmayan siçanlar isə, tapşırığın öhdəsindən gələ bilməyiblər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər