Bakıda türk liseyində direktor müavini şagirdi döydü — Şok

Bakıda türk liseyində direktor müavini şagirdi döydü — Şok














Ötən gün Nəsimi rayonu ərazisində yerləşən Bakı Türk Anadolu Liseyində direktor müavini 7-ci sinif şagirdini döyüb.
“Ölkə.Az”ın məlumatına görə, Şahin Kəmalə Məmməd qızı 21-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, liseyin direktor müavini Kelez Talib Bayram oğlu dərs vaxtı oğlu Əli Şahini döyüb. Belə ki, uşaq evə gələn zaman onun bədəninin müxtəlif yerlərində xəsarətlər aşkar edilib. Əli Şahin anasına müəllimi tərəfindən döyüldüyünü bildirib. Hazırda polis bölməsində işi araşdıran təhqiqatçı tərəfindən döyülən uşağın xəsarət dərəcəsinin müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertiza şöbəsinə sorğu göndərilib. Məhkəmə tibbi ekspertizanın rəyindən sonra fakta hüquqi qiymət veriləcək.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər