"Rusiya və Çin "ölüm sputnikləri" istehsal edir" — ABŞ

"Rusiya və Çin "ölüm sputnikləri" istehsal edir" — ABŞ














ABŞ milli kəşfiyyat idarəsinin direktoru Den Kouts yeni hesabat yayımlayıb.
"Ölkə.Az" xəbər verir ki, yeni hesabata əsasən, Rusiya və Çin ABŞ-ın hərbi və kommersiya peyklərini sıradan çıxaracaq yeni silah istehsal edir.

Sənədə əsasən, belə potensialı olan silah yaxın illərdə Rusiya və Çinin hərbi arsenalına daxil ediləcək. Bundan başqa, Rusiya və Çin peyk əleyhinə xüsusi qurum yaradıb. Bu kontekstə amerikalı mütəxəssislər ehtiyat edirlər ki, kosmik sahədə gərginlik daha da artacaq.
Ekspertlərin fikrinə görə, Rusiya və Çin belə silahı gələcəkdə ABŞ-a qarşı istifadə edə bilər. Bu səbəbdən Birləşmiş Ştatlar hərbi, mülki və kommersiya peyklərinin təhlükəsizlik səviyyəsini artırmaq niyyətindədir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər