Qış Olmpiya Oyunlarında fırtına — İki yarış təxirə salınıb

Qış Olmpiya Oyunlarında fırtına — İki yarış təxirə salınıb














Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarında fırtına və əlverişsiz hava şəraiti hakimdir.
AZTB.info xarici mediaya istinadən xəbər verir ki, fırtına səbəbindən qadınların fərdi biatlon yarışları sabaha qədər təxirə salınıb.

Qərar təşkilatçılar tərəfindən qəbul edilib. Startı bu gün Bakı vaxtı ilə 15.05-də verilməli olan yarış güclü küləyə görə sabah 11.15-də, kişilərin 20 km-lik yarışı isə 14.20-də keçiriləcək.

Təşkilatçılar fırtına zamanı səsgücləndiricilər vasitəsilə tamaşaçıları Olimpiya parkından ayrılmağa və ya qapalı idman obyektlərinə getməyə çağırıb. Jurnalistlərə isə yaxındakı xokkey arenasında işləmək təklif edilib.
Şiddətli külək təxminən 4 saat davam edib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər