"Paracetamol"un dəhşətli fəsadları

"Paracetamol"un dəhşətli fəsadları














"Paracetamol" tərkibli dərmanların qəbulu orqanizmdə ciddi fəsadlara səbəb ola bilər.
AZTB.info xəbər verir ki, bir qrup alim aparılan tədqiqatlardan sonra bu nəticəyə gəlib. Məlumata görə, alimlər 18 yaşdan yuxarı 455 könüllü üzərində aparılan təcrübədən sonra qənaətə gəliblər ki, bu tərkibli preparatlar reproduktiv funksiyaların pozulmasına və rüşeymin inkişafında problemlərə səbəb ola bilər.

Qeyd olunur ki, "paracetamol" əsaslı dərman qəbul edən bütün xəstələrdə cinsi hormonların zəifləməsi müşahidə edilib.
Mütəxəssislərin fikrincə, hamiləlik dövründə "Paracetamol"un qəbulu uşaqsalmaya və ya rüşeymin sinir sistemində inkişafı ilə bağlı problemlərə səbəb ola bilər.

Qeyd edək ki, "Paracetamol" qızdırma salmaq funksiyasını yerinə yetirən preparat kimi geniş yayılıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər