Lotu Quli ilk “sxodka”sını keçirdi – Kriminal generallar İstanbula toplandı

Lotu Quli ilk “sxodka”sını keçirdi – Kriminal generallar İstanbula toplandı













Lotu Quli ləqəbli “qanuni oğru” Nadir Səlifov azadlığıa çıxdıqdan sonra ilk dəfə “sxodka” keçirib.

BakuPost xəbər verir ki, İstanbuldakı iqamətgahında baş tutan “sxodka”da 10-a yaxın “qanuni oğru” “taclandırılıb”. Onlar arasında Yunanıstandan olan avtoritetlər də var. Qonaqlar arasında kutaisililər – Qayoza Zviadadze və Zaal Maxaroblidze xüsusilə seçilib. Buna qədər Quli özünə ideoloji cəhətdən yaxın, azadlığa çıxması münasibətilə ona hörmətlərini göstərmək istəyən “qanuni oğru”ları qəbul edib.

Görüşdə “oğru aləmi”ndə baş verən proseslər müzakirə olunub.

Qeyd edək ki, Lotu Quli uzun müddət həbsdə yatdıqdan sonra 2017-vi ilin oktyabr ayında azadlığa buraxılıb. Vəkilləri onun cəzasının çox hissəsini çəkdiyi üçün vaxtından əvvəl azad olunması ilə bağlı məhkəməyə müraciət ediblər. Məhkəmə Qulinin vəsatətini təmin edib və o, cəzasını qalan qismini çəkməkdən azad edilib. Azadlığa buraxılan Lotu Quli dərhal ölkəni tərk edib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər