Elon Maskın Teslası Marsın orbitindən çıxdı — Hansı göy cismi ilə toqquşacağı bilinmir

Elon Maskın Teslası Marsın orbitindən çıxdı — Hansı göy cismi ilə toqquşacağı bilinmir














SpaceX-in “Falcon Heavy” raketinin üst hissəsində daşıdığı Tesla Roadster avtomobili Günəş sistemində planlaşdırılan hədəfdən xeyli uzağa gedir.
Avtomobilin Günəş ətrafında, onu Mars orbitinin yaxınlarındakı bir yerə tərəf götürəcək orbitə oturdulması planlaşdırılırdı. Ancaq avtomobili daşıyan raket həmin orbitdən yan keçdi və Teslanı Marsla Yupiter arasındakı asteroid hövzəsinə doğru aparacaq orbitə yerləşdirdi.

Raket buraxıldıqdan sonra Tesla avtomobili təxminən 6 saat boyunca sərbəst formada dolaşdı. SpaceX bu gəzintini Youtube-dan canlı yayımladı. Daha sonra raket kosmosda son dəfə mühərrik alovlanması edəcək və avtomobili son orbitinə oturdacaqdı. Lakin mühərrik alovlanması bir az çox oldu. Elon Mask atdığı tvitdə Teslanın son alovlanmadan sonrakı orbitini paylaşdı. Bu marşrut avtomobilin nə qədər uzağa gedəcəyini göstərdi.
Avtomobilə nə olduğu tam olaraq bilinmir. Hələ əvvəlcədən Musk Teslanın Marsla toqquşması ehtimalının çox az olduğunu söyləmişdi. Ancaq hazırki vəziyyət avtomobilin kosmosda başqa bir şeylə toqquşmasına səbəb ola bilər. Ona görə də alimlər Twitter vasitəsilə fikirlərini bildirərək Teslanın marşrutunun dəqiq olaraq hesablanmasını və hər hansı bir göy cismi ilə nə zaman toqquşacağının müəyyənləşdirilməsini istəyirlər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər