Son iki gündə 177 cinayət faktı qeydə alındı

Son iki gündə 177 cinayət faktı qeydə alındı













Fevralın 3-dən 5-dək respublikanın daxili işlər orqanları tərəfindən 177 cinayət faktı qeydə alınıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, onların 39-u "isti izlər"lə açılıb.

Axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 6 nəfər ölüb, 16 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər