Azərbaycandakı bu noutbuklar geri çağırıldı — Təhlükəlidir

Azərbaycandakı bu noutbuklar geri çağırıldı — Təhlükəlidir














HP şirkəti Azərbaycanda qüsurlu noutbuk batareyalarını geri çağırıb.
AZTB.info-nun Trend-ə istinadən məlumatına görə, yanma təhlükəsi yaratması səbəbindən geri çağırılan batareyalar 2015-ci ilin dekabrından 2017-ci ilin dekabrınadək noutbuklarla komplektdə satılıb.

Bu vasitələr eləcə də aksesuar kimi satılıb və ya şirkətin səlahiyyətli nümayəndəlikləri tərəfindən əvəzedici kimi təqdim edilib.

Bildirilir ki, istifadəçilər batareyanın dəyişdirilməsi məsələsi ilə əlaqədar HB xidmət mərkəzlərinə müraciət edə bilər.

Qeyd edək ki, qüsurlu batareyalar aşağıdakı HP noutbuklarında ola bilər:

- HP ProBook (64x seriyalı G2 & G3, 65x seriyalı G2 & G3),
- HP x360,

- HP ENVY m6,

- HP Pavilion x360,

- HP 11,

- HP ZBook (17 G3, 17 G4 və Studio G3).
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər