Ruhi xəstə qardaşının maşınını qaçırdı — Yasamalda zəncirvari qəza törətdi

Ruhi xəstə qardaşının maşınını qaçırdı — Yasamalda zəncirvari qəza törətdi















Bakının Yasamal rayonunda üç maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib.
AZTB.info Report-a istinadən xəbər verir ki, Şərifzadə küçəsi ilə hərəkətdə olan "10-ZL-176" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobil idarəetməni itirərək maneəni aşıb və qarşı yola çıxıb.

Nəticədə "Opel" öncə "90-GE-822" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilə, ardınca isə başqa bir "Opel"ə çırpılıb. Qəza zamanı "Mercedes"in sürücüsü və maşında olan sərnişin kəllə-beyin travması alıb.
Qəzanı Cavadov Fərrux Kamalpaşa oğlunun törətdiyi müəyyən edilib. Məlum olub ki, onun sürücülük hüququ yoxdur və o, maşını qardaşı Cavadov Tərlan Kamalpaşa oğlundan qaçırıb. F.Cavadovun ruhi xəstə olduğu bildirilir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər