WhatsApp-da yeni fırıldaq yayılıb: aldanmayın! - FOTO

WhatsApp-da yeni fırıldaq yayılıb: aldanmayın! - FOTO













Dünyanın ən populyar messenceri olan WhatsApp-da istifadəçilərə "ödəniş" mesajları gəlməyə başlayıb.

Milli.Az Malwarebytes-a istinadən bildirir ki, mesajda yazılıb: "Sizin WhatsApp-dan istifadə müddətiniz başa çatıb. Akkauntunuzu aktivləşdirmək və sonsuz abunəlik əldə etmək istəyirsinizsə, 1 dollar ödəməlisiniz. Ödəniş üçün bu linkə keçin".

Keçid linkində isə saxtakarların yaratdıqları, bank kartları vasitəsilə 1 dollar məbləğində ödənişin tələb olunduğu sayt var.

Dünən bu mesajı almış WhatsApp istifadəçiləri təəccübləniblər. Onların arasında ödəniş edənlər də olub.

WhatsApp-da yeni fırıldaq yayılıb: aldanmayın! - FOTO


1 milyarddan çox istifadəçisi olan WhatsApp xüsusi açıqlama yayaraq bu mesajın saxtakarlıq olduğunu, messecerdən istifadə üçün hər hansı "abunə haqqı"nın mövcud olmadığını bəyan edib. Mütəxəssislər isə saxtakarların mesajı alınan kimi həmin mesajı silməyi və mobil telefonda antivirus proqramını işə salmağı məsləhət bilirlər. Bundan başqa, mesajda göstərilmiş linkə keçid mobil telefonu virusa yoluxdura bilər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər