Bakıda avtobus motosikletlə toqquşdu — Ölən və yaralanan var

Bakıda avtobus motosikletlə toqquşdu — Ölən və yaralanan var













Bakının Xəzər rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
AZTB.info APA-ya istinadən xəbər verir ki, Binə qəsəbəsində baş vermiş avtoqəza zamanı motosiklet sərnişin avtobusu ilə toqquşub.

Məlumata görə, 2001-ci il təvəllüdlü Rauf Heybətovun idarə etdiyi motosikletdə bir sərnişin də olub. Binə qəsəbəsinə gedən yolda motosikletin 160 saylı xətt marşrutu üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusuna çırpılması nəticəsində onun sürücüsü R.Heybətov hadisə yerində dünyasını dəyişib, onun sərnişini - 2001-ci il təvəllüdlü Qurbanov Rövşən Vahid oğlu isə xəsarətlə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, avtobusun altında sıxılmış vəziyyətdə qalmış motosikletin sürücüsünün meyitini çıxarmaq üçün əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub və meyit çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yol qəzasının təfərrüatlarını Xəzər polisi araşdırır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər