Abşeronda köhnə qan davası yenidən qızışdı — Ölən var

Abşeronda köhnə qan davası yenidən qızışdı — Ölən var














Hadisə yanvar ayının 15-də axşam saatlarında Saray qəsəbəsində qeydə alınıb.
Abşeron rayon prokurorluğundan verilən məlumata görə, 1963-cü il təvəllüdlü Saray qəsəbə sakini Muğan Əfqan oğlu Salikov öz həmyerlisi "Kürd Vüqar" kimi tanınan Vüqar Hüseynov tərəfindən öldürülüb.

Belə ki, qəsəbədəki "Qatar" restoranın qarşısında köhnə ədavətləri olan tanışlar arasında mübahisə düşüb, nəticədə V.Hüseynov yumruqla M.Salikova bir yumruq zərbəsi vurub. Zərbənin təsirindən yerə yıxılan M.Salikovun başı daşa dəyib. Bundan sonra yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan M.Salikov reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, yaralı komaya düşdükdən sonra ayılmayıb. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə aparılıb.

V.Hüseynov isə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon prokurorluğuna təhvil verilib. Xatırladaq ki, M.Salikovla V.Hüseynov arasında ədavət 2015-ci ildə başlayıb.

Belə ki, həmin ilin iyun ayının 8-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan qəsəbə bələdiyyəsinin sədri, 1976-cı il təvəllüdü Vəsilə Əbdilhəsənova və onun həyat yoldaşı, 1976-cı il təvəllüdlü Vəfadar Əbdilhəsənov evlərində qətlə yetirilib. Gecə saatlarında bələdiyyə sədrinin evinə gələn Fədai Hüseynov uşaqlarının gözü qarşısında bələdiyyə sədrinin boğazını kəsib, ona çoxsaylı bıçaq zərbələri endirib. Ərini isə odlu silahla ürəyindən vuraraq, qətlə yetirib.
V.Əbilhəsənova bələdiyyə sədri olmaqla yanaşı, Sumqayıt Dövlət Universitetinin filologiya fakultəsinin müəllimi idi. Hadisənin şəxsi münaqişə zamanı baş verdiyi, mübahisənin isə torpaq üstündə olduğu bildirilib.

Hadisəni törətməkdə şübhəli bilinən 1980-cı il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynov polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Eyni zamanda həmin vaxt hadisəni törətməkdə şübhəli bilinən Vüqar Hüseynov adlı şəxs də tutulub.

O, bundan əvvəl tutulmuş 1980-ci il təvəllüdlü Fədail Güloğlan oğlu Hüseynovun qardaşıdır. V.Hüseynov ifadəsinin alınması üçün Abşeron Rayon Prokurorluğuna aparılıb. Onun baş verən cinayətdə əlinin olub-olmaması araşdırılıb.

Fədail, Vüqar və Nuru Hüseynov qardaşları Abşeron rayon Saray qəsəbəsində ev və torpaq alqı-satqısı ilə məşğul olub və bələdiyyə sədri V.Əbilhəsənovanın yaxın adamları kimi tanınıb.

Qeyd edək ki, qətli törədən 35 yaşlı Fədai Hüseynov Vəsilə Əbilhəsənovanın sürücüsü olub və 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə həbs cəzasıda alıb.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər