Professor Timuçin Əfəndiyevin Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafındakı xüsusi xidmətləri var

Professor Timuçin Əfəndiyevin Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafındakı xüsusi xidmətləri var








Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Bakı Xoreoqrafiya Akademiyasının rektoru, professor Timuçin Əfəndiyevdir.

Bakı Xoreoqrafiya Akademiyasının dekanı Abdin müəllim də vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və rəhbərliyin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Professor Timuçin Əfəndiyevin Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafındakı xüsusi xidmətləri var
Əfəndiyev Timuçin İlyas oğlu 1945-ci ildə anadan olmuş, orta məktəbi bitirdikdən sonra 1963-cü ildə BDU-ya daxil olmuşdur. 1968-ci ildə universiteti bitirdikdən sonra Respublika Gənclər Təşkilatında çalışmışdı. 1969-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının aspiranturasına qəbul olunmuşdur. 1972-ci ildə aspiranturanı bitirərək «Hüseyn Cavidin yaradıcılığı» mövzusunda dissertasiya müdafiə etmiş və elmlər namizədi adını almışdır. Bundan sonra Timuçin Əfəndiyev Azərbaycan EA-da elmi katib vəzifəsində çalışmışdır.
1977-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim, sonra dosent vəzifəsini tutmuş, 1978-ci ildən 1987-ci ilə qədər fakültə dekanı olmuşdur. 1987-ci ildən 2014-cü il may ayının 2-nə qədər Timuçin Əfəndiyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru olub. Bu ali təhsil ocağı Timuçin Əfəndiyevin rəhbərliyi dövründə ali kateqoriyaya layiq görülərək 1991-ci ildə Universitet statusu almışdır. Azərbaycan Respublikasının Prezidentinin 30 aprel 2014-cü il tarixli, 419 saylı Sərəncamına əsasən Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılmış və ölkə prezidentinin 26 dekabr 2014-cü il, 962 saylı Sərəncamı ilə əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, professor Timuçin İlyas oğlu Əfəndiyev Akademiyanın rektoru təyin edilib.
1987-ci ildə o, professor elmi dərəcəsinə layiq görülmüş, «Romantik dramaturgiyada tarixilik və bədiilik» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Onlarla elmi tədqiqat əsərlərinin, kitabların və moqrafiyaların, o cümlədən 300-dən artıq məqalənin müəllifidir.
Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafındakı xidmətlərinə görə Timuçin Əfəndiyev 2000-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adına, 2005-ci ildə isə «Şöhrət» ordeni ilə təltif olunmuşdur.
Elmin inkişafına görə 2013-cü ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüş, Azərbaycan Respublikasının Prezidentinin 01 sentyabr 2015-ci il tarixli, 1384 saylı Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə Timuçin İlyas oğlu Əfəndiyev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
İngiltərənin Kembric Universitetinin Beynəlxalq Biblioqrafik mərkəzi professor Timuçin Əfəndiyevi «2005-ci il dünyanın aparıcı pedaqoqu» nominasiyasında fəxri ada layiq görmüşdür. O, nüfuzlu «Humay» mükafatının, akademik Yusif Məmmədəliyev adına mükafatın laureatıdır. Professor Timuçin Əfəndiyev Azərbaycan Teatr Xadimləri İttifaqının qızıl medalına layiq görülmüşdür. «Jurnalistlərin dostu» fəxri media diplomu ilə (2005), təltif olunmuşdur.
Azərbaycan Teatr Xadimləri İttifaqının (1972), Yazıçılar İttifaqının (1975), Azərbaycan Rəssamlar İttifaqının (2013), Beynəlxalq Humanitar Avropa-Asiya Akademiyasının həqiqi üzvü seçilmişdir (2013).



*********


Bakıda balet studiyasının mövcud olması barədə ilk məlumatlar 1922-ci ilə təsadüf edir. Bu barədə ilk sənəd – Azərbaycan SSR Xalq Maarif Komissarlığı Kollegiyasının 29 aprel 1922-ci il tarixli iclasının qərarı ilə Əli Bayramov adına Mərkəzi klubun nəzdində Balet Studiyasının açılması barədə protokoldur.
1923-cü il avqustun 18-də Xalq Maarif Komissarlığı Kollegiyasının qərarına əsasən Bakıda ritm və rəqs studiyası açılmış və “Balet studiyası” adlandırılmışdır.
Artıq 1929-cu ildə Xalq Maarif Komissarlığı Kollegiyasının qərarına əsasən, bu studiya Bakı Xoreoqrafiya Məktəbinə çevrilmişdir. Məhz bu dövrdə, 1925-1929-cu illərdə, Azərbaycanın ilk böyük ustad balerinası, xalq artisti Qəmər Almaszadə məhz burada balet sənətinin sirlərini öyrənmişlər.
1933-cü ildə Bakı Xoreoqrafiya Məktəbində artıq 157 şagird təhsil alır və təhsil müddəti 4 ildən 9 ilə çatdırılmışdır. Opera və Balet Teatrının baletmeysteri V.A.Kononoviç məktəbin direktoru təyin edilmiş, N.R.Soboleva, T.Pavlova-Amiraqo, V.M.Yermolayev və İ.Q.Kostina kimi peşəkar kadrlar məktəbin pedaqoji kollektivinə cəlb edilmişlər. Dosent A.Muradov, Azərbaycan SSR əməkdar artistləri V.Smoltsov və İ.Arbatov kimi mütəxəssislərin fəal iştirakı sayəsində qısa müddətdə balet səhnəsi üçün mütəxəssislər hazırlanması sistemi formalaşmış, məktəbdə tədris prosesi daha da təkmilləşmiş, maraqlı tədris tamaşalarının nümayişinə başlanılmışdır. Bu tədris tamaşalarının sırasında L.Delibin “Koppeliya”, Ç.Puninin “Qozbel ata”, P.Gertelin “Meşə pərisi”, P.Çaykovskinin “Yatmış gözəl”, Ə.Bədəlbəylinin “Tərlan” baleti müvəffəqiyyət qazanmışdılar. e
Professor Timuçin Əfəndiyevin Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafındakı xüsusi xidmətləri var
1935-ci ildə Xoreoqrafiya Məktəbi Azərbaycan SSR Xalq Maarif Komissarları Şurasının qərarı ilə Bakı Xoreoqrafiya Texnikumu, 1962-ci ildə isə Azərbaycan SSR Nazirlər Sovetinin Ali və Orta İxtisas Təhsili Komitəsinin qərarı ilə Azərbaycan SSR Mədəniyyət Nazirliyi nəzdində Bakı Xoreoqrafiya Məktəbi adlandırılmışdır. Bu dövr ərzində Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərən Qəmər Almaszadə Azərbaycanın xalq artistləri Leyla Vəkilova, Rəfiqə Axundova, Tamilla Şirəliyeva, Çimnaz Babayeva, əməkdar artist Tamilla Məmmədova, Vera Tsiqnadze və digər məşhur balet ustalarını yetişdirmişdi.
Məhz bu illərdə milli rəqs adət-ənənələrinin qorunması və təbliği, gənclərdə milli rəqsin professional öyrənilməsi hissinin aşılanması zərurətindən Bakı Xoreoqrafiya Məktəbində xalq bölməsi fəaliyyətə başlamış və bu illər ərzində Azərbaycanın xalq artistləri Xumar Zülfüqarova, Afaq Məlikova, Cəmilə Bayramova, Roza Cəlilova, əməkdar artistlər Nailə Mahmudova, Səbinə Qasımova, Elizbar Osmanov və başqaları təhsil almışlar. example7
50-70-ci illərdə Bakı Xoreoqrafiya Məktəbini əməkdar artistlər Ramazan və Olqa Arifulinlər, Nelli Bokovets, Gülbacı Hacıyeva, Vladimir Pletnyov, Qızqayıt Xudaqulu qızı, Larisa Yeqorova, Emma Kərimova, Zərifə Abbasova, Viktoriya Dankeviç, Alina İsakzadə, Nailə Nəzirova, Rimma Məmmədova, Rüfət və Valentina Zeynalovlar, Sima Feyzullayeva, Lyubov Filippova, Ella Almazova, kimi balet ustaları bitirmişlər.
Bakı Xoreoqrafiya Məktəbinin məzunları olmuş Azərbaycanın xalq və əməkdar artistləri yüksək ixtisaslı, professional kadrlar qismində müəyyən müddətdən sonra məktəbin pedaqoji fəaliyyətinə qoşulmuş və bu fəaliyyətin uğurlu nəticəsi məhz XX əsrin 60-70-ci illərində Azərbaycan milli balet sənətinin beynəlxalq səviyyədə təbliğ olunmağına şərait yaratmışdır. Professor Timuçin Əfəndiyevin Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafındakı xüsusi xidmətləri var
Azərbaycan Respublikası Prezidentinin 30 aprel 2014-cü il tarixli Sərəncamı ilə Bakı Xoreoqrafiya Məktəbinin bazasında Bakı Xoreoqrafiya Akademiyası yaradılmış və fəaliyyətə başlamışdır. 26 dekabr 2014-cü il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsinə əsasən Akademiya ümumi təhsil (ibtidai, ümumi orta və tam orta təhsil), orta ixtisas və ali təhsil (bakalavr, magistr, doktorantura) pillələri üzrə təhsil proqramı və əlavə təhsilin müvafiq istiqamətlərini (ixtisasartırma, kadrların yenidən hazırlanması, stajkeçmə və kadrların təkmilləşməsi, təkrar ali təhsil və orta ixtisas təhsili, dərəcələrin yüksəldilməsi) həyata keçirir.
Bakı Xoreoqrafiya Akademiyasında baletmeyster sənəti, balet pedaqogikası, balet artisti, balet tarixi və digər ixtisas və ixtisaslaşmalar üzrə tədris aparılır. Akademiyanın klassik rəqs bölməsində Azərbaycanın görkəmli balet ustaları xalq artistləri Gülağası Mirzəyev, əməkdar artistlər Rimma İsgəndərova, Tamilla Məmmədova, əməkdar müəllim Pulumb Aqalıu, milli rəqs bölməsində xalq artistləri Yusif Qasımov, Rüfət Xəlilzadə, əməkdar artistlər Səbinə Qasımova, Eteri Cəfərova, Sənan Hüseynli və başqaları pedaqoji fəaliyyətə cəlb olunmuşlar.
Akademiyada mütəmadi olara Elmi-praktik konfranslar, respublika səviyyəsində müsabiqələr, böyük ustad sənətkarların yubiley gecelərini keçirilir, konfransların materialları nəşr olunur, tədris planları və proqramları yenidən işlənir, xoreoqrafiya sənətinin ayrı-ayrı sahələri üzrə metodiki vəsaitlər, təlimatlar və digər materiallar hazırlanır. “Elmi əsərlər” toplusu və “Sənət akademiyası” adlı elmi-nəzəri məcmuəsi nəşr olunur.
Akademiyanın şagird və tələbələri, o cümlədən professional müəllim heyəti ölkədə və respublikanın hüdudlarında keçirilən Beynəlxalq Festivallarda, müsabiqələrdə, yubiley gecələrində uğurla çıxış edirlər.
Akademiyanın məzunları ölkənin aparıcı solistləri olaraq respublikanın fəxri adlarına layiq görülməklə yanaşı, respublikadan kənarda da uğurla fəaliyyət göstərirlər.
Akademiya Moskva Dövlət Xoreoqrafiya Akademiyası və Sankt-Peterburq A.Y.Vaqanova adına “Rus Baleti” Akademiyası, Moskva Dövlət İncəsənət İnstitutu, M.K.Çurlyönis adına Litva Milli İncəsənət Məktəbi ilə əməkdaşlıq barədə saziş imzalamış, geniş beynəlxalq əlaqələrin yaradılması istiqamətində, o cümlədən Bakı Xoreoqrafiya Akademiyasında ustad dərslərinin təşkili üçün dünyanın bir çox ölkələrinin xoreoqrafları ilə danışıqlar aparılır.





Professor Timuçin Əfəndiyevin Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafındakı xüsusi xidmətləri var
Professor Timuçin Əfəndiyevin Azərbaycanda mədəniyyətin və incəsənətin inkişafındakı xüsusi xidmətləri varБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər