Bəzi sürücülər yola çıxmamalıdır — Şaxtalar qayıdır

Bəzi sürücülər yola çıxmamalıdır — Şaxtalar qayıdır













Yanvarın 13-də axşamdan başlayaraq yanvarın 17-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Hava şəraitinin qeyri-sabit keçəcəyi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edib. Məlumatda bildilir ki, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Bəzi rayonlarda yolların buz bağlama ehtimalı var.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Mətbuat Katibliyinin rəhbəri Anar Nəcəfli qarlı havada yollarda problemlərin qaçılmaz olduğunu bildirib:

“AAY Dövlət Agentliyi tam olaraq qış fəslinə hazırdır: texnikalarımız hazır vəziyyətdədir. Bakı şəhəri üçün ümumi texnikanın sayı 600 yaxındır, respublika üzrə isə 1000 artıqdır. İstənilən qədər qum, duz ehtiyatımız var. Lakin qış fəslinə hazır olmağımıza baxmayaraq, yolda problem yaşana bilər. Qar fasiləsiz yağanda texnika onu təmizləyir, lakin yolu hissə-hissə təmizlədiyimiz üçün növbəti hissəyə keçdikcə əvvəlki yer yenidən qarla örtülür.

Ümumiyyətlə, texnika yolda yarım metrdən hündür qarı təmizləmək üçün əlverişlidir. Asfalt üzərində 2-3 sm qar varsa, texnika onu götürə bilmir, beləcə, asfaltı ədələməli olur. Əgər avtomobil qış təkərləri ilə təhciz olunubsa, o, rahatlıqla 2-3 sm qarın üzərində hərəkət edə bilər”.

Anar Nəcəflinin sözlərinə görə, avtomobil sahibləri qışa hazırlıqlı olmalıdır:

“Sürücülərin də üzərinə məsuliyyət düşür. Onlar avtomobillərini fəslə uyğun olaraq qış şinləri və digər ləvazimatla təchiz etməlidirlər. Yay və dörd fəsil üçün nəzərdə tutulan şinlərlə avtomobil idarə edən şəxslər qarlı havada problemlər yaşaya bilərlər. Onun yaşadığı problemlər digər yol iştirakçılarına da mane törədəcək. Bu da tıxacla nəticələnəcək.

Havanın temperaturu 7 dərəcədən aşağı olanda sürücülər qış şinlərinə keçməlidirlər. Bizdə isə şinləri dəyişmirlər, yay şinləri ilə qarlı havada avtomobil idarə edirlər. Nəticəsində avtomobil sürüşür, buna görə günahə bizdə görürlər. Avtomobillərdə qış şinləri yoxdursa, qarlı havada yola çıxmasınlar”.

Mətbuat katibi qeyd edib ki, qar yağanda ortaya çıxan problemlər təkcə bizim ölkə üçün xarakterik deyil. Eyni problemlər Avropa ölkələrində müşahidə olunur:

“Qar yağan zaman hər hansı ərazidə problem yaranarsa, texnika cəlb edərək problemi aradan qaldıracağıq. Bakı şəhər İcra Hakimiyyəti və AADA yolun qardan təmizlənməsini təmin edəcək”.
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin rəsmisi qar yağarkən hansı yollara daha çox diqqət ayırdıqlarını açıqlayıb:

“Bakı dairəvi yolu nəzarətə götürülür. Xəbərdarlıq olan kimi texnika ora aparılır və hazır vəziyyətə gətirilir. Bakı-Sumqayıt yolu, hava limanı yolu, respublika üzrə isə bütün magistral yollar da nəzarətimizdədir”.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda, o cümlədən Respublikanın bir sıra şəhər və rayonlarında gözlənilən yağışlı və qarlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, sürücülərdən mövsümi qış təkərləri və hər iki oxu aparıcı olan avtomobillərdən istifadə etmələri xahiş olunur.

Onun sözlərinə görə, sürücülər havanın yağışlı və sulu qarlı olacağını nəzərə alaraq ictimai nəqliyyatdan istifadəyə üstünlük verməlidir, yol və meteoroloji şəraiti nəzərə almağı bacarmalıdır, sürət həddi minimuma enməlidir, ara məsafəsi normadan artıq saxlanmalıdır:

“Texniki cəhətdən nasaz olan, mövsümi qış şinləri ilə təchiz olunmamış avtomobillərin sahiblərindən, eləcə də, qarlı-buzlu havalarda nəqliyyat vasitəsini idarəetmə təcrübəsi az olan sürücülərdən xahiş olunur ki, avtomobillərdən mümkün qədər az istifadə etsinlər, yolu və meteoroloji şəraiti nəzərə alaraq düzgün hərəkət sürəti seçsinlər”.

Qeyd edək ki, avtomobillər üçün şinlər üçün növ olur: qış, yay və bütün mövsümlər üçün. Bu işin peşəkarları qışda qış şinlərindən, yayda isə yay şinlərindən istifadə etməyi məsləhət görürlər. Bütün mövsümlər üçün olan şinlərin universal protektorları olur və bu zaman çox şey protektorun naxışından və rezinin tərkibindən asılıdır. İqlimimiz yumşaq olduğuna görə bütün mövsüm üçün təkərlər, əlbəttə, sərfəli seçimdir. Amma unutmayaq ki, qış mövsümündə havanın temperaturu müsbət beş dərəcədən aşağı düşərsə, mütləq qış şinlərindən istifadə edilməlidir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər