Putin tərəfindən mükafatlandırılan azərbaycanlı alim vəfat etdi

Putin tərəfindən mükafatlandırılan azərbaycanlı alim vəfat etdi















Bu gün Moskva şəhərində tanınmış azərbaycanlı alim, 75 yaşında dünyasını dəyişmiş Valeh Cəfər oğlu Quliyev dəfn ediləcək.
AZTB.info xəbər verir ki, ömrünün çox hissəsini elmə həsr etmiş alim şəxsən Rusiya prezidenti Vladimir Putin tərəfindən də mükafatlandırılıb.

Valeh Quliyev kimdir?

Valeh Cəfər oğlu Quliyev 1943-cü ildə Salyan rayonunun Şorsulu qəsəbəsində doğulub.

Fizika-riyaziyyat elmləri doktoru, professor. Beynəlxalq Mineral Resurslar və Çuvaşiya Mühəndis Texniki Akademiyalarının akademiki, SSRİ Nazirlər Sovetinin mükafatı laureatıdır. 1969-cu ildə ADU-nun mexanika-riyaziyyat fakültəsini bitirib, MDU-nun aspiranturasında oxuyub, Moskva Aviasiya İnstitutunda böyük elmi işçi, bölmə müdiri olub.
1979-87-ci illərdə Azərbaycan EA-nın Mexanika və Riyaziyyat İnstitutunda xüsusi konstruktor bürosuna rəhbərlik edib. 1999-cu ildən o, tətbiqi riyaziyyat fakültəsinin dekanıdır. 1974-cü ildə namizədlik, 1980-ci ildə MDU-da doktorluq dissertasiyası müdafiə edib.

V. C. Quliyev müasir riyaziyyat elminə böyük töhfələr verib. Laylı kompozisiyalı materialların nəzəriyyəsi, dağılma mexanikası, elastiklik mexanikası və s. haqqında 130-dan artıq çap olunmuş elmi əsərin müəllifidir. Əsərlərinin 12-si SSRİ EA-nın məruzələrində çap olunub. İki monoqrafiya, bir dərslik, bir ixtirası var. Redaktəsi ilə 30 metodiki vəsait çap olunub. Onun rəhbərliyi altında bir sıra namizədlik və doktorluq işləri müdafiə olunub. Dünyanın bir sıra ölkələrinin ali məktəblərində, elmi-tədqiqat mərkəzlərində məruzələrlə çıxış edib. O, Rusiya, ABŞ, Avropa İttifaqı və Yaponiyanın birgə əməkdaşlığı proqramı əsasında yerinə yetirilən termoyaderli energetik reaktorlarının müvəqqəti kriteriyalı konstruksiyalı layihələri üzrə elmi tədqiqat və təcrübə konstruktor işlərinin məsul icraçısıdır. Quliyev Valeh Cəfər oğlu Rusiyanın bir çox ali texniki məktəblərinin elmi-texniki şuralarının
üzvüdür.

Valeh Quliyev həmçinin “Kosmik Texnikanın Əməkdar Sınaqçısı” və “Kosmonavtika Veteranı” fəxri adlarına da layiq görülüb. Akademik V.Quliyev Rusiyanın “İmeta” (“Adlar”) ensiklopediyasına adı düşən Rusiya Federasiyası alimlərindən biridir. “20-ci əsrin 100 görkəmli Azərbaycanlısı” kitabına tanınmış həmyerlilərimizin adı daxil edilib.

Allah rəhmət etsin!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər