Təranə Hüseynovanın Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Təranə Hüseynovanın Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki












Bu gün biz, eyni zamanda, həm Yeni ili, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd edirik. Bu fürsətdən istifadə edərək dünyada yaşayan bütün azərbaycanlıları səmimi qəlbdən salamlayıram, onları təbrik edirəm. Onlara bildirmək istəyirəm, fəxr edə bilərlər ki, bu gün dünyada müstəqil Azərbaycan dövləti vardır. O Azərbaycan dövləti ki, bu gün dünyanın bir nömrəli beynəlxalq qurumunun - BMT Təhlükəsizlik Şurasının üzvüdür. O dövlətdir ki, hətta böhranlı illərdə öz iqtisadi inkişafını davam etdirmiş, öz daxili resursları üzərində güclü iqtisadi zəmin yaratmış və gələcəyə böyük ümidlərlə, böyük nikbinliklə baxır.

Mən bütün azərbaycanlıları bu gözəl bayramlar - həm Dünya Azərbaycanlılarının Həmrəylik Günü, həm Yeni il bayramı münasibətilə bir daha ürəkdən təbrik edirəm, hər bir Azərbaycan ailəsinə cansağlığı, xoşbəxtlik arzulayıram.

Bayramınız mübarək olsun!

Cəbrayıl Rayon Məhkəməsinin sədri Təranə Hüseynova




Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycan Torpaqları işğaldan azad olunması Cəbrayıl Rayonunun Cocuq Mərcanlı kəndinə qayıdışla başlanmışdır.

Azərbaycan xalqı əminliklə deyə bilər ki,torpaqlarının 20 faizdən çoxu işğal altında olan A.zərbaycan dünya dövlətləri sırasında qüdrətli bir dövlətə çevirilmiş və yaxın zamanlarda möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız bütünlüklə işğaldan azad olunacaq və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaq, gözəl bayramlarını öz torpaqlarında qeyd edəcəklər.

02 aprel 2016-cı il tarixdə Azərbaycan ordusunun uğurlu əməliyyatı zamanı “Lələ Təpə” yüksəkliyi işğaldan azad edilmişdir.

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2017-ci il tarixli Sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikilməsi qərara alınmışdır.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni silahlı birləşmələrinin işğalından azad edildikdən və burada insanların təhlükəsiz yaşaması mümkün olduqdan sonra kənd sakinlərinin öz doğma yurdlarına qayıtması üçün həmin ərazilərdə əsaslı yenidənqurma və bərpa işlərinə başlanmışdır. İlkin mərhələdə 10 hektar ərazidə geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılmış, ümumi sahəsi 3850 kvadratmetr olan 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilmiş, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilmişdir.

14 iyun 2017-ci il tarixdə möhtərəm cənab prezidentin səfəri çərçivəsində Cəbrayıl rayon Cocuq Mərcanlı kəndinin açılışı olmuş, kəndin 42 ailəsindən ibarət 173 nəfər əhalisi kənddə yeni inşa edilmiş evlərə köçürülmüşlər. Onlardan 24 ailə, 95 nəfər Bakı şəhərindən və 18 ailə, 78 nəfər Biləsuvar rayonu ərazisindəki 1-11 saylı qəsəbələrdən köçürülmüşdür.

50 evdən 1 ev polis məntəqəsi üçün, 1 ev tibb məntəqəsi üçün, 1 ev icra nümayəndəliyi üçün, 1 ev kəndin axundu üçün, 2 ev müəllimlər üçün, 2 ev isə hal-hazırda boş halda saxlanılır.

Bundan başqa Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyun 2017-ci il tarixli Sərəncamı ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikilməsi qərara alınmışdır.

Hal-hazırda 100 fərdi yaşayış evinin tikintisi başa çatdırılmış, yolların asfaltlanması işləri davam etdirilir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər