İlham Əliyev Gürcüstanın maliyyə naziri ilə görüşdü — YENİLƏNİB

İlham Əliyev Gürcüstanın maliyyə naziri ilə görüşdü — YENİLƏNİB













Prezident bir qrup müsəlman din xadimini qəbul etdiAzərbaycan prezidenti İlham Əliyev Gürcüstanın maliyyə naziri Mamuka Baxtadzeni qəbul edib.
"Ölkə.Az"ın məlumatına görə, prezident İlham Əliyev Mamuka Baxtadzeni yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Təbrikə görə minnətdarlığını bildirən Mamuka Baxtadze bundan əvvəl “Gürcüstan Dəmir Yolları” Səhmdar Cəmiyyətinin baş direktoru vəzifəsində çalışarkən Bakı-Tbilisi-Qars layihəsinin icrasında iştirak etməsini məmnunluqla vurğulayıb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, ölkələrimizin maliyyə qurumları arasında əməkdaşlığın bu işə verdiyi töhfə qeyd olunub.

Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi qlobal layihələrə toxunulan görüşdə Bakı-Tbilisi-Qars layihəsinin regional və beynəlxalq iqtisadi əməkdaşlıq baxımından önəmi qeyd edilib.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

***

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın maliyyə naziri Mamuka Baxtadzeni qəbul edib.

"Ölkə.Az"-ın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər