Əməkdar artistin həbsdən çıxan oğlu ilk dəfə efirdə - VİDEO - FOTO

Əməkdar artistin həbsdən çıxan oğlu ilk dəfə efirdə - VİDEO - FOTO













Əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanov həbsdən çıxdıqdan sonra ilk dəfə ARB TV-nin efirində yayımlanan "Günə son" proqramına danışıb.

Sevincini gizlətməyən əməkdar artist sözlərini bu cür ifadə edib:

"Axşam saat 7 olardı. Birdən yoldaşım dedi ki, deyəsən həyətdə Emildir, gəlir. Çaşıb qaldım. Yanvarın 12-si çıxmalıydı, dekabrın 14-ü gəldi. 1 ay tez buraxdılar".

Daha sonra gənc müğənni azadlığa çıxdıqdan sonra fikirlərini ilk dəfə "Günə son" proqramına bölüşüb:

"1 ay qalmışdı çıxmağıma. Ədliyyə işçiləri sağ olsunlar. Şəxsən Rauf müəllim sağ olsun. Atamın sənətinə, incəsənətə hörmət edən insanlardı. O insan özü dedi ki, istəyirəm Rəhman müəllimə sürpriz edim. Heç nə demə, məhkəmənin qərarı ilə səni buraxıram. Axşam tərəfi də gəldim. Heç özüm də gözləmirdim".
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər