"Beşiktaş" erməni oyunçuya elçi düşdü

"Beşiktaş" erməni oyunçuya elçi düşdü















İstanbulun "Beşiktaş” klubu "Mançester Yunayted”in və Ermənistan millisinin oyunçusu Henrix Mxitaryanı transfer etmək istəyir.

Oxu.Az xəbər verir ki, artıq "Qara qartallar”ın rəhbərliyi "Qırmızı şeytanlar”la danışıqlara başlayıb.

Qeyd edək ki, "Mançester Yunayted” klubunun baş məşqçisi Jose Mourinyo H.Mxitaryanın onlara transfer istəyilə müraciət etdiyini bildirib.

"Əgər oyunçu nədənsə narazıdır və transfer olmaq istəyirsə, onu komandada qalmağa məcbur edə bilmərik. Bu, mənim yanaşmamdır və hər oyunçunun da öz qiyməti var”.

Qeyd edək ki, Henrix Mxitaryanla "İnter” və "Borussiya-Dortmund” klubları da maraqlanır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər