İlkin hərbi qeydiyyata düşməyənlər cərimələnəcək — XƏBƏRDARLIQ

İlkin hərbi qeydiyyata düşməyənlər cərimələnəcək — XƏBƏRDARLIQ













“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.
Dövlət Xidmətindən "Ölkə.Az"a verilən məlumatda bildirilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

 doğum haqqında şəhadətnamənin surəti;

 ailə tərkibi haqqında arayış;

 təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
 təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;

 tərcümeyi-hal;

 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.

İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununa əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün üzrlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməsi inzibati məsuliyyət yaradır və onlara inzibati cərimə tətbiq olunacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər