Bakıda bu əraziləri su basdı

Bakıda bu əraziləri su basdı














Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) subasma sahələrinin müşahidə edildiyi əraziləri açıqlayıb.
"Ölkə.Az" xəbər verir ki, nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov Trend-ə deyib ki, Bakının Binəqədi rayonunda Məlik Aslanov küçəsi boyunca, Sabuncu rayonunun Savalan yaşayış massivində, "Daş karxanası" adlı yaşayış massivində, Maştağa qəsəbəsində Nizami küçəsi boyunca bəzi yerlərdə ərazini qrunt suları basıb: "Bu, əraziyə düşən atmosfer yağıntılarının təsirindən qrunt sularının səviyyəsinin qalxması ilə əlaqədardır. Adı çəkilən ərazilərdə kanalizasiya sistemi yoxdur. Ancaq kanalizasiya sistemi evdən çıxan təsərrüfat sularının uzaqlaşdırılması üçündür. Kanalizasiya sisteminin ərazidəki qrunt sularının tənzimlənməsinə köməyi olmur".
R.Həsənov qeyd edib ki, qrunt sularının təmizlənməsi üçün "Azərsu" ASC tərəfindən ərazidə drenaj şəbəkəsinin qurulması vacibdir: "Bu yeraltı şəbəkə qrunt sularını yığır və ərazidən uzaqlaşdırır. Sadanalanan ərazilərdə bu şəbəkə yoxdur".
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər