Ağ Evdən qalmaqalla bağlı gözlənilməz — AÇIQLAMA

Ağ Evdən qalmaqalla bağlı gözlənilməz — AÇIQLAMA













Reks Tillerson ABŞ-ın dövlət katibi vəzifəsində qalacaq və vəzifəsini tam səlahiyyətilə icra edəcək.
Bu barədə ABŞ dövlət departamentinin rəsmi nümayəndəsi Hezer Nauert keçirtdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, hələlik ölkə başçısı Donald Tramp Reks Tillersonun vəzifədə qalmasını istəyir.

“Prezidentin dediyi kimi, Reks burdadır. Dövlət katibi Tillerson Dövlət Departamentinə rəhbərliyi davam etdirir və bütün kabinet prezident Trampın idarəetməsinin inanılmaz birinci ilini tamamlanması ətrafında cəmlənib. D.Tramp onun vəzifəsini davam etdirməsini istəyir. NƏ qədər D.Tramp bunu istəyir, Reks Tillerson vəzifəsini tam səlahiyyətilə icra edəcək”, - deyə Hezer Nauert bildirib.

Qeyd edək ki, ötən gün “The New York Times” qəzetinin yazdığına görə, Ağ ev ABŞ administrasiyasında kadr dəyişiklikləri planını hazırlayıb. Verilən məlumata görə, Ağ Ev dövlət katibi Reks Tillersonun postuna Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Maykl Pompeonu gətirməyə hazırlaşır.
Məlumatda həmçinin açıqlanıb ki, Pompeonun yerinə Arkanzas ştatının Demokratlar Partiyasından olan senatoru Tom Kotton təyin olunacaq.

Qeyd edək ki, Ağ Ev Tillersonu yaxın həftələrdə istefaya göndərməyi planlaşdırır.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər