İdris Qurbanov: son illər ərzində ölkəmizdə su və kanalizasiya layihələri icra edilir

İdris Qurbanov: son illər ərzində ölkəmizdə su və kanalizasiya layihələri icra edilir













Biz Bakuxeber.info olaraq Zaqatala su-kanal idarəsində olduq və ordakı işlərlə bağlı araşdırma apardıq

İdris Qurbanov dövlətimizə və rəhbərliyə sədaqət nümunəsidir!

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Zaqatala su-kanal idarəsinin rəisi İdris Qurbanovdur.

Zaqatala su-kanal idarəsinin rəisi İdris Qurbanov vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Zaqatala su-kanal idarəsinin rəisi İdris Qurbanov - bildiyiniz kimi, son illər ərzində ölkəmizdə su və kanalizasiya layihələri icra edilir, bu proses geniş vüsət almışdır. Vəzifə qoyulmuşdur ki, bir neçə ildən sonra Azərbaycanın bütün su və kanalizasiya layihələri başa çatsın. Buna böyük ehtiyac var. Çünki bildiyiniz kimi, bölgələrdə ümumiyyətlə su qıtlığı daim hökm sürürdü, kanalizasiya layihələri ümumiyyətlə yox idi. Ancaq görülmüş tədbirlər nəticəsində və qəbul edilmiş proqramlar çərçivəsində bu layihələr uğurla davam etdirilir.

2017-ci il tarixə qovuşur. 2017-ci ildə bütövlükdə rayonumuz üçün növbəti uğurlu bir il olmuşdur. Ölkəmiz müstəqilliyin daha bir uğurlu ilini başa çatdırmışdır. Bütün sahələrdə uğurlar əldə edilmiş, nailiyyətlər qazanılmışdır, əhalinin yaşayış səviyyəsi artmışdır. Ölkəmizin həm daxili, həm xarici siyasətdə qazandığı bu uğurlar ümumilli liderimiz Heydər Əliyevin uzaqgörənlik və dahiliklə təməlini qoyduğu siyasətin möhtərəm prezidentimiz, xalqın sevimli və əziz oğlu İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməsinin nəticəsidir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər