"Qarabağ" Qurban Qurbanovun yerinə kimi təyin edəcək?

"Qarabağ" Qurban Qurbanovun yerinə kimi təyin edəcək?













Məlum olduğu kimi Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsində "Qarabağ" nümayəndəsidi.

Amma milliyə baş məşqçi təyin olunandan sonra İK üzvlüyündən istefa verəcəyi açıqlandı. Maraqlıdı, klub rəhbərliyi komitədə onu əvəzləmək üçün başqa nümayəndə təqdim edəcəkmi? Edəcəksə, həmin namizəd kim olacaq?

Bu sullara klubun mətbuat katibi Nurlan İbrahimovdan cavab aldıq. Klub rəsmisi sport7.az-a açıqlamasında bunları deyib:

"Bununla bağlı qərar verən biz deyilik. Bu məsələ aktual deyil. İcraiyyə Komitəsinin qərarı açıqlanandan sonra bilinəcək. Qurban müəllimin belə istəyi olub, amma hələ rəsmiləşməyib. Hazırda bu gündəmdə deyil".
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər